Qonağı
səmimi salamlayan Misir Mərdanov onu Təhsil
Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə
edib. Azərbaycanın Misir Ərəb Respublikası ilə
əlaqələrindən, ölkələrarası səmimi
münasibətlərdən söz açan nazir təhsil sahəsində
də ikitərəfli əməkdaşlığın inkişafına xüsusi
önəm verildiyini bildirib. Nazir azərbaycanlı
tələbələrin Misirin müxtəlif nüfuzlu
universitetlərində, Misir Ərəb Respublikasından
olan tələbələrin isə ölkəmizin ali məktəblərində
təhsil aldıqlarını nəzərə çatdırıb.
Səmimi qəbul üçün təhsil nazirinə
minnətdarlığını bildirən Misir Ərəb
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansur
ölkələrimiz arasındakı qarşılıqlı tələbə
mübadiləsi məsələsinə toxunub, Misirdə
Azərbaycanın ali məktəblərində təhsil almağa
böyük maraq olduğunu vurğulayıb. Səfir ölkəsinin
ali məktəblərində təhsil alan azərbaycanlı
tələbələrə hər cür şərait yaradıldığını deyib və
Azərbaycan-Misir təhsil əlaqələrinin daha da
dərinləşəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb, müvafiq
müzakirələrin təhsil sahəsindəki əməkdaşlığa
yeni töhfələr verəcəyi nəzərə çatdırılıb. |