Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bu
ali təhsil ocağının 90 illik yubileyinə həsr
olunmuş tələbələrin Beynəlxalq elmi-texniki
konfransı oktyabrın 15-də başa çatmışdır.
İki gün davam edən konfransda Azərbaycan
alimləri ilə yanaşı, Rusiyanın aparıcı
universitetlərinin təmsilçiləri də iştirak
etmişdir.
Tədbirin son günündə tələbələrin məruzələrinin
müzakirələrinin nəticələri haqqında bölmə
rəhbərlərinin hesabatı dinlənilmişdir.
Sonda konfransın bölmələrində məzmunlu
məruzələri ilə fərqlənmiş tələbələrə rektorluğun
və Tələbə Elmi Cəmiyyətləri Şurasının
diplomları, sponsor şirkətlərin təsis etdiyi
hədiyyələr və Tələbə Həmkarlar İttifaqı
Komitəsinin qiymətli xatirə hədiyyələri təqdim
edilmişdir.
AzərTAc |