Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - ¹41

 

Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim

Bookmark and Share

13-16 oktyabr 2010-cu il tarixlərində Almaniyanın dvv international təşkilatı Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi ilə həyata keçirdiyi  "Qeyri-hökumət və Yerli səlahiyyətli qurumlar inkişafda" layihəsi (COPE) çərçivəsində Bakı şəhərində DACUM tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim keçirib.

Təlimdə Azərbaycan Turizm İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Təhsil Problemləri İnstitutu  və Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutundan 10 nəfər mütəxəssis iştirak edib. İştirakçıların müəyyən edilməsində meyar onların tədris planlarının hazırlanması prosesində mütəxəssis kimi peşəkar təcrübəyə malik olması götürülüb. Təlimi aparmaq üçün dvv international təşkilatı Özbəkistandan DACUM metodologiyası üzrə peşəkar təlimçi-məsləhətçi olan Nodir Rəhimovu dəvət edib.

Təlimin ilk günü dvv international təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin milli koordinatoru İskəndər Sadiq təşkilatın ölkədə fəaliyyəti və layihələri haqqında iştirakçıları ətraflı məlumatlandırdı. COPE layihəsi çərçivəsində həyata keçirilmiş və icrası gözlənilən tədbirlər haqqında qısa məlumat verildi. DACUM metodologiyası təliminin əhəmiyyətindən danışılaraq bildirildi ki, bu peşə tədris proqramlarının hazırlanması üzrə bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunan metodologiyadır. Bu metodun digər metodlarla müqayisədə üstün cəhəti odur ki, peşənin təhlili üçün 25-30 gün deyil, cəmi 2 gün kifayət edir. Daha sonra təlimçi Nodir Rəhimov iştirakçılar arasında interaktiv metod ilə tanışlıq təşkil etdi və onların təlimdən gözləntiləri haqqında məlumat aldı. Təlimin ilk günü iştirakçılar "Tədris proqramı", "Tədris planı" və "Tədris modulu" terminləri haqqında interaktiv metodlar ilə biliklərini artırdılar. Eyni zamanda iştirakçıların tətbiq etdiyi tədris planları ətrafında müzakirələr təşkil olundu.

Ümumilikdə təlim DACUM tədris seminarının aparılması, peşə inkişafında tendensiya, DACUM cədvəlinin işlənməsi, DACUM metodu ilə SWOT analizinin aparılması, Azərbaycanda dvv international fəaliyyəti çərçivəsində metodun tətbiq olunması perspektivləri və sairə kimi əhəmiyyətli mövzuları əhatə etdi. Bundan başqa, təlim zamanı kənd təsərrüfatı və turizm üzrə tədris proqramlarının təqdimatı keçirildi. Tədbirdə bir strukturlu tədris proqramlarının hazırlanması və icrası kimi mövzulara da toxunuldu.  Təlim yekunu olaraq  iştirakçılar  sertifikatlar aldılar.     

Günel ƏLİYEVA

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - ¹41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov