Azərbaycan Dillər Universitetində "Gənclər və
sağlam həyat tərzi" və "Bəzi genetik xəstəliklər
və reproduktiv sağlamlıq" mövzusunda tədbir
keçirilib. Tədbirdə "Sağlam nəsil" İctimai
Birliyinin əməkdaşı Könül Abbasova sağlamlığın
ətraf mühitə olan müsbət təsiri və əvəzolunmaz
roluna, gələcəyin potensial qüvvəsi olan
uşaqların sağlamlığını müəyyən edən amillərə aid
slayd təqdim edib.
Tibb elmləri namizədi Sevinc Məmmədova genetik
xəstəliklərin araşdırılması yollarından, ekoloji
cəhətdən narahatlıq doğuran ərazilərdən, pis
qidalanmanın fərdə göstərdiyi mənfi təsirdən və
dünyaya gələcək uşaqların sağlamlığının
bilavasitə ata və ananın sağlamlığı ilə
əlaqədar olduğundan danışıb.
Tibb elmləri doktoru Nigar Kamilova isə
çıxışında reproduktiv dövr, dövrün aspektləri və
Azərbaycanda sonsuzluq problemlərinin artdığını
və iltihabi xəstəliklərin xüsusiyyətlərini qeyd
edib.
Tədbir diskussiya formasında başa çatıb.
Şakir CƏFƏROV |