Ağcabədi rayonunda müasir tələblərə cavab verən
Uşaq Şahmat Məktəbi və Yaradıcı Gənclər Mərkəzi
üçün ikimərtəbəli yeni bina inşa edilir.
Layihəyə görə, ümumi ərazisi 574 kvadratmetr
nəzərdə tutulan bina 10 sinif otağından və 150
kvadratmetrlik yarış zalından ibarətdir.
Tikinti işləri rayonun daxili imkanları hesabına
həyata keçirilir. Müəssisənin 2011-2012-ci
tədris ilinədək istifadəyə verilməsi
planlaşdırılır.
Onu da qeyd edək ki, 5-14 sentyabr 2010-cu il
tarixlərində "Təhsil" Respublika İdman
Cəmiyyətinin Tovuz şəhərində keçirilən şahmat
üzrə açıq respublika çempionatında Ağcabədi
şahmatçılarından Əsmər Həsənova 8 yaş qrupunda,
Aysun Bədəlova isə 10 yaş qrupunda bütün
rəqiblərini üstələyərək I yeri tutmuşlar. 12 yaş
qrupunda iştirak edən Orxan Sərxanlı isə II yerə
layiq görülmüşdür.
Niyazi RƏHİMOV |