Lənkəran Dövlət Universitetində Dövlət
Müstəqilliyi Gününə həsr edilmiş təntənəli
yığıncaq keçirilmişdir. Yığıncağı universitetin
rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat
elmləri doktoru, professor Asəf İsgəndərov
açmış, tədbir iştirakçılarını bayram
münasibətilə təbrik etmişdir.
Azərbaycan Respublikasının Dövlət himni
səslənmişdir. LDU-nun humanitar elmlər
fakültəsinin dekanı, tarix elmləri namizədi,
dosent Rakif İbadov "Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurucusu və banisidir"
mövzusunda məruzə edərək bildirmişdir ki,
müstəqil Azərbaycanın xilası, müstəqilliyimizin
qorunması və inkişafı, dövlətimizin beynəlxalq
nüfuzunun artması ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır.
Dil və ədəbiyyat kafedrasının dosenti,
filologiya elmləri namizədi Mirhüseyn Abbas,
coğrafiya-ekologiya kafedrasının müdiri, dosent
Balayar Şahbazov, baş müəllim Kamal Mahmudov,
tələbələrdən Seymur Murtuzayev, Rufanə Diyarova,
Gülşən Kişizadə və başqaları çıxış edərək
bildirmişlər ki, dahi rəhbərin müdrik siyasəti
və geniş fəaliyyəti nəticəsində müstəqil
Azərbaycan inkişaf edib möhkəmlənmişdir və bu
siyasət ölkə rəhbəri cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Təhsildə və universitetin ictimai həyatında
fərqlənən müəllim və tələbələrin bir qrupuna
rektorluq tərəfindən Fəxri fərman təqdim
edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənablarına müraciət qəbul edilmişdir.
Hacı Etibar ƏHƏDOV |