Sinqapurda
keçirilən Yeniyetmələrin I Yay Olimpiya
Oyunlarında iştirak etmiş idmançılarımız bu
yaxınlarda inamlı qələbə ilə vətənə qayıtmışlar.
Ağırlıqqaldırma üzrə ölkəmizi təmsil etmiş Nicat
Rəhimov uğurla çıxış edərək olimpiya oyunlarının
qızıl mükafatına layiq görülüb. Nicat Rəhimov
1993-cü ildə Qazax rayonunda anadan olub.
Bakıdakı 1 nömrəli Masazır qəsəbə orta
məktəbinin XI sinfində oxuyur, "Neftçi" İdman
Sağlamlıq Mərkəzinin üzvüdür.
Bu yaxınlarda ölkə başçısının sərəncamına əsasən
mükafatlandırılan Nicat Rəhimovu təbrik edərək
redaksiyamıza dəvət etdik. O, əldə etdiyi
nailiyyətlərindən söz açaraq dedi:
- Doğrusu, atam Əli Rəhimov idmançı olduğundan,
elə kiçik yaşlarımdan idmanı seçmişəm və şəxsi
məşqçim də atamdır. Amma bu nailiyyətlərin
qazanılmasında şəxsi məşqçimlə bərabər,
ağırlıqqaldırma üzrə dünya çempionu, baş məşqçi
Nizami Paşayevin də xüsusi əməyi var.
2006-cı il idmanın ağırlıqqaldırma növü üzrə
Bakı çempionatında IV yeri, 2008-ci ildə
Fransada Avropa çempionatında XII yeri, 2009-cu
il Tailandda Dünya çempionatında VI yeri,
2009-cu il İsraildə keçirilən yarışda V yeri və
2010-cu ilin may ayında İspaniyanın Valensiya
şəhərində Avropa çempionatında I yeri və 2010-cu
il avqust ayında Sinqapurda keçirilən yarışda I
yeri tutmuşam. İştirak etdiyim bütün bu
yarışlarda 17 qızıl, 3 gümüş və 1 bürünc medal
qazanmışam.
Oxuduğu
məktəbdə müəllimlərimin tapşırıqlarını vaxtında
və keyfiyyətlə yerinə yetirdiyini deyən Nicat
qeyd etdi ki, idmanı çox sevirəm. İdmanla məşğul
olmaqdan və qazandığım uğurlardan ləzzət alıram,
ürəkdən sevinirəm. Orta məktəbi qurtardıqdan
sonra məşğul olduğum sahə üzrə də ali təhsil
almağı qarşıma məqsəd qoymuşam.
İdman həyatımda yaddaqalan anlar çox olub. Lakin
bunların içərisində bu il avqustun 30-da
Azərbaycan Prezidenti İlham Əliyevin biz
idmançıları qəbul etdiyi gün yaddaşımdan heç
vaxt silinməyəcək.
Mən həmin görüşdə çıxış edərək göstərilən diqqət
və qayğıya görə dövlətimizin başçısına
idmançıların minnətdarlığını çatdırdım.
Azərbaycan idmanının adını ucaltmaq ü
çün bundan sonra da əlimdən gələni edəcəyimə
söz verirəm.
Biz də, öz növbəmizdə, qızıl medalın sahibi
Nicat Rəhimova gələcək yarışlarda yeni-yeni
uğurlar arzulayırıq.
Şakir CƏFƏROV |