AzərTAc xəbər verir ki, Qafqaz Universitetində
bu ali məktəbin Almaniyanın Siegen Universiteti
ilə birgə təşkil etdiyi "Yay məktəbi" başa
çatmışdır.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD)
dəstəyi ilə keçirilən "Yay məktəbi"ndə
Azərbaycan, Almaniya, Gürcüstan və
Qazaxıstandan olan tələbələr iştirak
etmişlər.
Qafqaz Universitetinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, "Yay məktəbi"ndə
tələbələrə Cənubi Qafqaz və Mərkəzi Asiyanın
tarixi, o cümlədən Azərbaycan, onun mədəniyyəti,
incəsənəti və s. barədə ətraflı məlumatlar
verilmişdir.
İştirakçılar Bakının, eləcə də Quba və Şəki
rayonlarının görməli yerləri ilə də tanış
olmuşlar.
"Yay məktəbi"nin başa çatması ilə əlaqədar
Qafqaz Universitetində keçirilən mərasimdə çıxış
edən Almaniyanın Siegen Universitetinin
professoru Gerd Morgenthaler iştirakçıları
təbrik etmiş, onlara uğurlar arzulamışdır.
"Yay məktəbi"nin iştirakçılarına sertifikatlar
təqdim olunmuşdur. |