Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi
qiymət almış, imtahan fənləri üzrə illik
qeyri-kafi qiymət aldığı üçün buraxılış
imtahanına buraxılmamış, həmçinin müəyyən
səbəblərdən imtahanlarda iştirak etməmiş
şagirdlərin payız buraxılış imtahanı verməsi
nəzərdə tutulub.
Payız buraxılış imtahanları üç bölgə üzrə
sentyabrın 2-də, 6-da və 8-də keçiriləcəkdir.
Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala,
Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba,
Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı
rayonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir
və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik,
Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu,
Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı,
Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan
rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt
şəhərləri və Abşeron rayonunun şagirdləri payız
imtahanı verəcəklər. |