ABŞ-ın "Sülh korpusu" humanitar təşkilatı son
illər ölkəmizdə məktəb tikintisi və təmirinə
sanballı töhfələr verib. Təşkilat Bərdədə bir
neçə məktəb və uşaq bağçasının tikinti və
təmirini həyata keçirib. Son vaxtlar isə "Sülh
korpusu"nun maliyyə dəstəyi ilə Bərdə şəhər 3
nömrəli körpələr evi-uşaq bağçasında təmir
işləri görülüb, 2 və 4 nömrəli şəhər orta
məktəblərində informatika və texnologiya
kabinetləri yaradılıb. 2 nömrəli orta məktəbdə
basketbol meydançası tikilib.
Hazırda bu humanitar təşkilat Bərdə şəhər 2
nömrəli orta məktəb üçün 14 otaqlı əlavə
korpusun tikintisini həyata keçirir. Tikinti
işləri artıq başa çatmaqdadır. Yeni tədris
korpusunun dərs ilinin ilk günündə açılması
nəzərdə tutulub.
Vaqif QASIMOV,
Bərdə |