Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız
məlumata görə, 2009-2010-cu tədris ilində bu
qurumun tabeliyində olan təhsil müəssisələrində
təmir, tikinti və maddi-texniki bazanın
möhkəmləndirilməsi istiqamətlərində bir çox
işlər görülüb. Belə ki, Təhsil Nazirliyinin
xətti ilə 2 məktəb üçün əlavə tədris korpusu
tikilib. 14 məktəbdə və 8 körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri aparılıb. Bundan
əlavə, 12 məktəb və 10 məktəbəqədər təhsil
müəssisəsinin binaları cari təmir olunub.
Hər il olduğu kimi, bu il də Heydər Əliyev Fondu
paytaxtın təhsil müəssisələrinin maddi-tədris
bazasının möhkəmləndirilməsinə öz töhfəsini
verib. Fondun xətti ilə 3 məktəb əsaslı təmir
olunub.
Paytaxtın təhsil müəssisələrində istilik
sisteminin qaydaya salınması da diqqət
mərkəzində olub. Ötən dərs ili və yay tətili
ərzində 13 məktəbin və 10 uşaq bağçasının
istilik sistemi əsaslı şəkildə təmir olunaraq
saz vəziyyətə gətirilib.
Y.ƏLİYEV |