Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I
Olimpiya Oyunlarında ən yüksək nəticələr
göstərən Azərbaycan Respublikasının idmançıları
və onların məşqçilərini mükafatlandırmaq məqsədi
ilə
QƏRARA ALIRAM:
1. Yeniyetmələrin I Olimpiya Oyunlarında ən
yüksək nəticələrə görə Azərbaycan
Respublikasının idmançıları və onların
məşqçilərinə ayrılan mükafatların məbləği
aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutan hər bir idmançıya 50 min
manat, onun məşqçisinə isə 25 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 30 min
manat, onun məşqçisinə isə 15 min manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2010-cu il |