Yaz aylarında yağan güclü leysan yağışları və
Kür çayında suyun səviyyəsinin qalxması
nəticəsində üzə çıxan suxur suları Kürdəmir
rayonunun Kürqırağı ərazisində yerləşən Carlı
kəndində də xeyli fəsadlar törətmişdir.
Prezident İlham Əliyevin respublikamızda baş
vermiş təbii fəlakətin nəticələrinin aradan
qaldırılması, əhaliyə dəymiş maddi ziyanın
ödənilməsi ilə əlaqədər verdiyi tapşırıqlara
əsasən, hər yerdə olduğu kimi, Kürdəmirdə, o
cümlədən Carlı kəndində genişmiqyaslı işlərə
başlanmışdır. Kənddə təbii fəlakət nəticəsində
uçmuş və ya qəzalı vəziyyətə düşən 5 fərdi ev
ilə yanaşı, həm də yararsız vəziyyətdə olan kənd
orta məktəbi üçün də yeni bina inşa olunur.
Dövlət vəsaiti hesabına tikilən yeni məktəb
binası 10 sinif otağından ibarət olacaqdır.
İndi burada hörgü işləri aparılır. Tədris ocağı
üçün yeni binanın cari ilin noyabr ayınadək
tikilib istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
AzərTAc |