Sentyabrın 1-də Heydər Əliyev Fondu Ulyanovsk
şəhərinə müasir məktəb binası hədiyyə etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın təşəbbüsü ilə, şəxsən onun
nəzarəti altında "Təhsilə dəstək" layihəsi
çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli
orta ümumtəhsil məktəbinin binası əsaslı təmir
edilmişdir. Bu aksiya fəaliyyət
istiqamətlərindən biri Azərbaycanın digər
dövlətlərlə humanitar əlaqələrinin
möhkəmlənməsinə, respublikamızın və xarici
ölkələrin təhsil müəssisələri ilə sıx
əməkdaşlığın genişlənməsinə, ölkəmizdə və onun
hüdudlarından kənarda məktəblərin tikintisinə və
yenidən qurulmasına kömək etmək məsələlərindən
ibarət olan Fondun fəaliyyəti ilə ahəngdar
şəkildə uzlaşır.
Məktəbin rəsmi açılış mərasimində Ulyanovsk
vilayətinin rəhbərləri, Azərbaycanın RF-dəki
səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov, eləcə də
Ümumrusiya Azərbaycanlıları Konqresinin
Ulyanovsk regional bölməsinin nümayəndələri
iştirak etmişlər.
Təntənəli mərasimdə məktəbin Ulyanovsk
vilayətinin qubernatoru Sergey Morozov və
məktəbin direktoru Gennadi Tsaryov Ulyanovsk
sakinlərinə bu dəyərli hədiyyəyə görə Heydər
Əliyev Fonduna dərin minnətdarlığını
bildirmişlər.
Mərasimdə Azərbaycanın RF-dəki səfiri Polad
Bülbüloğlu çıxış edərək Fondun çoxşaxəli
fəaliyyəti və onun humanitar sahədə həyata
keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı
söhbət açmışdır. |