2010-2011-ci tədris ilində Masallı rayonunda iki
yeni məktəb binası istifadəyə veriləcəkdir.
İnşasına ötən ilin dekabr ayında başlanılmış 640
yerlik Digah orta məktəb binasının tikintisində
əsas işlər başa çatmışdır.
Bu ilin yanvar ayında inşasına başlanılan 480
yerlik Ərkivan 2 nömrəli qəsəbə orta məktəbinin
tikintisində isə son tamamlama işləri görülür.
Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən hər
iki məktəb binasının tikintisində "Elnur-2"
universal istehsalat kommersiya şirkətinin
inşaatçıları çalışırlar. |