"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununda (19.14-cü maddə) ümumi orta təhsilin
icbariliyinin təsbit olunması ilə əlaqədar bu
sahədə müvafiq tənzimləmə tədbirlərinin
həyata keçirilməsi zərurətini nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Ümumi orta təhsilin icbariliyinə keçid
mərhələsi I siniflərdən yeni fənn
kurikulumlarının tətbiqinə başlanmış
2008-2009-cu dərs ili hesab edilsin.
2. İcbari ümumi orta təhsil üzrə şagirdlərin ilk
buraxılışının 2016-2017-ci dərs ilində olacağı
nəzərə alınsın.
3. Nazirlik Aparatının rəhbəri İ.Pirməmmədov,
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103
nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsil
pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)" sənədində ümumi orta təhsil
səviyyəsi üçün (V-IX siniflər) müəyyən edilən
həftəlik dərs və dərsdənkənar məşğələ saatları
əsasında ümumi orta təhsil üzrə tədris
planlarının layihəsini hazırlayıb baxılmaq üçün
rəhbərliyə təqdim etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2010-cu il |