| 
								
								 Nərmin 
								Kazımova 1993-cü ildə Bakı şəhərində  anadan 
								olub. O, hələ uşaq yaşlarından idmanın şahmat 
								növünə maraq göstərib, müxtəlif  yarışlarda 
								fərqlənib. 
								
								Nərminin  bu idman novünə həvəsini görən  
								valideynləri  peşəkarlığının artması üçün onu  6 
								yaşında  Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış 
								Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama 
								İdman məktəbinə  üzv edirlər. 10 ildir ki, 
								idmanın bu növü ilə məşğul olan Nərmin  
								dəfələrlə öz yaş qrupunda Azərbaycan çempionu 
								olub.  
								
								Qadınlar arasında keçirilən Avropa çemionatına 
								vəsiqə qazanaraq o, IV-V yerlərə layiq görülüb. 
								İdmançımız bu ilin aprelində Yunanıstanın 
								Saloniki şəhərində keçirilən  məktəblilərin 
								Avropa çempionatında II yerə sahib çıxıb. 
								Nərminin ən böyük uğuru oktyabr ayında 
								Yunanıstanın Halqidiki şəhərində keçirilən dünya 
								birinciliyində 18 yaşlı qızlar arasında I yeri 
								tutması olub.   
								
								Rəşad ZİYADOV  |