| 
								
								Noyabrın 18-də Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında "İnvestisiya proseslərinin 
								dövlət  tənzimlənməsi və  dövlətin 
								maliyyə-kredit siyasəti" istiqaməti üzrə növbəti 
								qısamüddətli kursların açılışı olub. 
								
								Tədbiri giriş sözü ilə DİA-nın tədris işləri 
								üzrə prorektoru, professor Ə.Abdullayev açaraq  
								bu kursların gənc kadrların  yetişdirilməsi  
								baxımından böyük  önəm daşıdığını qeyd edib və 
								dinləyicilərə öz  səmimi arzularını bildirib. 
								
								Kurslarda dövlət hakimiyyətinin mərkəzi, şəhər, 
								rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, 
								komitə və idarələrin rəhbər işçiləri ilə yanaşı, 
								əcnəbi  qonaqların iştirakı nəzərdə tutulub. 
								
								Asiya İnkişaf Bankının dəstəyi və vasitəçiliyi 
								ilə ölkəmizə təşrif gətirən həmin qonaqlar 
								sırasında Sinqapurun Li Kuanyu  Dövlət Siyasət 
								İnstitutunun mütəxəssisi Aydjerim Bolat, Asiya 
								İnkişaf Bankı ilə  əməkdaşlıq üzrə regional 
								ekspert Devid Oldfild və başqaları da  vardır . 
								
								DİA-da təşkil olunan bu  kursların əsas məqsədi 
								dövlətin iqtisadi sahədə apardığı islahatlar, 
								maliyyə-kredit siyasəti, investisiya qoyuluşu 
								proseslərində dövlətin tənzimləmə metodları və 
								s.  barədə dinləyicilərə  yeni  biliklərin 
								verilməsi və dünya təcrübəsinin  öyrədilməsidir. 
								  
								
								
								Ş.CƏFƏROV |