Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin
(ADU) ingilis dili və filologiya fakültələrinin
qiyabi və axşam şöbələrində təhsil alan IV kurs
tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına
həsr olunmuş konfrans keçirilmişdir.
ADU-dan AzərTAc-a verilən məlumata görə,
filologiya fakültəsinin dekanı, professor Fikrət
Cahangirov pedaqoji təcrübənin tələbələrin
gələcək karyeralarında vacib rol oynadığını,
bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm
əhəmiyyət kəsb etdiyini bildirmişdir. İndiyədək
keçirilən pedaqoji təcrübələrin uğurla başa
çatdığını deyən fakültə dekanı bu işdə
pedaqoqların əməyini diqqətə çatdırmışdır.
ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar
Həmzəyev pedaqoji təcrübə haqqında ətraflı
məlumat vermişdir. |