Bakıdakı 219 nömrəli evdə məktəbin pedaqoji
kollektivi 2010-2011-ci dərs ilində böyüyən
nəslin təlim-tərbiyəsini yüksək səviyyədə
qurmaq, qarşıya qoyulan vəzifələri uğurla həyata
keçirmək üçün ilk gündən əməli işində ciddi səy
göstərir.
Məktəbin direktoru Sədaqət Məmmədova bildirir
ki, tədris ocağında dərsin təkmilləşdirilməsi
ilə əlaqədar metodik işlərə geniş yer verilir.
Metodik iş "Təlim və tərbiyə metodlarını
həyatın tələblərinə müvafiq quraq" və
"Yaradıcılıqla işləyən müəllimdən yaradıcılıqla
işləyən kollektivə" devizləri altında aparılır.
Metodik iş dərsin təkmilləşdirilməsinə, proqram
materiallarının şagirdlər tərəfindən dərindən
mənimsənilməsinə kömək etməklə bərabər, eyni
zamanda müəllimlərin vaxtaşırı fikir mübadiləsi
aparmasına, müzakirələr, mübahisələr zamanı
şəxsi fikirlərini həmkarlarına çatdırmaq üçün
geniş meydan yaradır. Bu gün məktəbdə
ayrı-ayrı fənlər üzrə metodbirləşmə sədrləri
tərəfindən dərslərin təşkili, bu və ya digər
məsələ ilə bağlı qabaqcıl müəllimlərin çıxışı,
seminar və konfransların keçirilməsi mühüm rol
oynayır. "Açıq dərs"lər dinlənilir və
müzakirələr zamanı verilən tövsiyələr,
göstərilən metodik kömək işin xeyrinə
istiqamətləndirilir.
Burada pedaqoji işin yaxşı təşkili yeni işə
başlayan gənc müəllimlər üçün də daha faydalı
olur.
Şakir CƏFƏROV |