Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - ¹45

 

İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı

Bookmark and Share

Bu günlərdə Malayziyanın Kuala-Lumpur şəhərində İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı keçirilib. İSESKO və Malayziya Ali Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş konfransda ölkəmizi Malayziyanın ali təhsil naziri cənab Məhəmməd Xalid Bin Nordinin dəvəti ilə təhsil nazirinin müavini Elmar Qasımovun rəhbərliyi altında Təhsil Nazirliyinin nümayəndə heyəti təmsil edib.

"İslam ölkələrinin inkişafı naminə tədris, tədqiqat və innovasiya prosesində keyfiyyət prinsipləri" mövzusuna həsr olunmuş konfransın əsas məqsədi İslam ölkələrində ali təhsil və elmi tədqiqat sahəsində həyata keçirilən tədbirlər, bu sahədə reallaşdırılan milli proqramlar, texnoloji inkişafda yeni cərəyanlar, İslam ölkələrində universitetlərin reytinqləri və İslam dünyasında innovasiyaların tətbiqi kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də qeyd olunan məsələlərin həllində ali təhsil və elmin rolunun müzakirəsi idi.

Tədbirdə İslam ölkələri nazir və nazir müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə təmsil olunmuşlar. Konfransda həmçinin İslam dünyasının İslam Konfransı Təşkilatı və İSESKO kimi ən nüfuzlu təşkilatları ilə yanaşı, COMSTECH, İslam Dünyasının Universitetlər Federasiyası, SESRİC, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatların rəhbərləri də iştirak ediblər.

Konfransda İslam ölkələrində dayanıqlı cəmiyyətin formalaşmasında ali təhsil və elmi tədqiqatların rolu; ali təhsil və elmi tədqiqatların prioritet vəzifələri; İslam ölkələrində qadın alimlərin peşəkar  inkişafı üçün daha geniş imkanların yaradılması və onların elmi tədqiqatlara daha geniş şəkildə cəlb edilməsi üçün "İslam Ölkələrinin Qadın Alimlərinin Şəbəkəsi"nin yaradılması; İslam ölkələrində universitetlərin reytinqləri və ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün müvafiq mexanizm və meyarların hazırlanması; İslam ölkələrində nanotexnologiyaların inkişafı üzrə strategiyanın işlənməsi; İslam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin 4-cü və 5-ci konfransları arasındakı müddətdə ali təhsil və elmi tədqiqat sahəsində İSESKO tərəfindən görülmüş işlər; ali təhsil və elmi tədqiqat sahəsində beynəlxalq əməkdaşlıq məsələləri; konfransın bəyannaməsinin məzmun və məqsədləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransda İSESKO-nun Baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tüveycrinin İslam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin 4-cü və 5-ci konfransları arasındakı müddətdə ali təhsil və elmi tədqiqat sahəsində İSESKO tərəfindən görülmüş işlərə həsr olunmuş hesabatı dinlənilib. Məruzəçi qeyd edib ki, İSESKO 2008-2010-cu illər üzrə Fəaliyyət Proqramını 2008-ci ildə Bakıda keçirilmiş İslam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin 4-cü konfransında qəbul olunmuş tövsiyələrini nəzərə almaqla hazırlamışdır. İSESKO və bu təşkilata üzv ölkələr arasında əməkdaşlıq əsasən milli və regional konfrans, seminar və təlim kurslarının keçirilməsi, həmçinin qabaqcıl elmi tədqiqatlara ekspert və maliyyə dəstəyi və birgə layihələrin təşkili çərçivəsində həyata keçirilir.

Məruzədə həmçinin qeyd olunub ki, hazırda İslam ölkələrində ali təhsilin keyfiyyətinin yüksəlməsi və elmi tədqiqatların sayının artması müşahidə olunsa da, bu sahədə yüksək ixtisaslı kadrların çatışmazlığı, ali təhsilə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması, ali məktəblərin elmi-texniki bazasının zəif olması kimi problemlər hələ də həll olunmamış qalır. Bu problemlər əsasən Afrika qitəsində yerləşən İslam ölkələrində özünü daha qabarıq şəkildə büruzə verdiyi halda, ali təhsil, elmi tədqiqat və istehsalat müəssisələri arasında əlaqələrin və əməkdaşlığın aşağı səviyyədə olması, qadınların elmə və elmi tədqiqatlara istənilən səviyyədə cəlb olunmaması və elmi tədqiqatların nəticələrinin istehsalata səmərəli şəkildə tətbiq olunmaması kimi problemlər əksər İslam ölkələrinə xasdır.

Nümayəndə heyətlərinin başçıları da konfransda hesabatlarla çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, təhsil nazirinin müavini Elmar Qasımov Azərbaycan hökuməti tərəfindən son illər ərzində ali təhsilin keyfiyyətinin və ali məktəblərdə elmi və texniki potensialın yüksəldilməsi, eləcə də İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər haqqında ətraflı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycan hökuməti ali təhsil və elm sahəsində İslam ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. İslam ölkələri ilə əməkdaşlıq əsasən professor-müəllim heyəti, tələbə və ekspert mübadiləsi, birgə elmi tədqiqatların aparılması, birgə seminar, simpozium və konfransların təşkili, həmçinin təcrübə və informasiya mübadiləsini nəzərdə tutan təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq üzrə sazişlər çərçivəsində həyata keçirilir. Çıxışda həmçinin göstərilən istiqamətlərlə yanaşı, İslam ölkələri və İSESKO ilə səmərəli əməkdaşlığın nəticəsi kimi Azərbaycanda bir sıra ölkələrin mədəniyyət mərkəzləri və ali təhsil müəssisələrimizdə  elm və texnologiya mərkəzlərinin fəaliyyət göstərməsi də qeyd olunub. Bildirilib ki, Azərbaycanda bir sıra İslam ölkələri, o cümlədən Türkiyə, İran, Malayziya və Misir arasında tələbə mübadiləsi həyata keçirilir. İSESKO ilə Azərbaycan arasında Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan alimləri və təhsil sahəsində ekspertlər xarici ölkələrdə keçirilən və təhsilin aktual problemlərinə həsr olunan tədbirlərdə iştirak edirlər. E.Qasımov qeyd edib ki, Azərbaycanda İSESKO-nun ekspert və maliyyə dəstəyi ilə müntəzəm olaraq milli və beynəlxalq seminar və konfranslar təşkil  olunur. Çıxışda habelə Azərbaycan ali təhsil müəssisələrinin də İslam ölkələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfələrini verdiyi və hazırda ali məktəblərimizdə dünyanın 20 müsəlman ölkəsindən 6000-dən artıq tələbənin təhsil aldığı xüsusi vurğulanıb.

Məruzədə həmçinin qeyd olunub ki, geosiyasi mövqeyi ilə əlaqədar olaraq İslam dünyasını birləşdirən İslam Konfransı Təşkilatı və İSESKO-ya üzv olmaqla və bu təşkilatlarla səmərəli əməkdaşlıq etməklə yanaşı, ölkəmiz Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə də sıx əlaqələr yaratmışdır. Azərbaycan Avropa Şurasının üzvüdür və ölkəmizin ali təhsil sistemində aparılan islahatlar Avropanın 46 ölkəsini əhatə edən Boloniya prosesi çərçivəsində həyata keçirilir. E.Qasımov son illərdə Boloniya prosesi çərçivəsində Azərbaycanda ali təhsil sahəsində irimiqyaslı islahatların aparıldığını və bu islahatların əsas nəticəsi olaraq üçpilləli ali təhsil sisteminə keçid, tələbələrin biliklərinin qiymətləndirilməsi prosesində kredit sisteminin tətbiqi, yeni ali təhsil standartlarının hazırlanması, ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi istiqamətində uğurlu addımlar atıldığını qeyd edib. Eyni zamanda  bildirib ki, hazırda ölkəmizdə Boloniya  prosesinin  yekun  tələbi olaraq ali təhsil sahəsində Avropa standartlarına uyğun olan ixtisas dərəcələrinin strukturu hazırlanmaqdadır.

Konfransın ikinci günü iştirakçılar İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransının Bəyannaməsini müzakirə edərək qəbul ediblər. Bəyannamədə  müasir elmi nailiyyətlərin daha səmərəli tətbiq edilməsi məqsədilə ali və elmi tədqiqat müəssisələri ilə istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi; müəllim və elmi işçilərin mobilliyinin artırılmasına yönəlmiş proqram və layihələrin dəstəklənməsi; ali təhsil müəssisələrində elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə dövlət tərəfindən qanunverici bazanın təkmilləşdirilməsi; nanotexnologiyaların mühüm iqtisadi potensiala malik olduğunu və cəmiyyətin qarşısında duran ciddi vəzifələrin həllində onların böyük rol oynaya biləcəyini nəzərə alaraq, elmin bu sahəsinə daha çox maliyyə və insan resurslarının cəlb edilməsi və ali təhsil müəssisələrinin nanotexnologiyalar sahəsində elmi tədqiqatların aparılması üçün stimullaşdırılması kimi xüsusi diqqət tələb edən məsələlər öz əksini tapıb.

Konfrans zamanı Elmar Qasımov İran, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Qırğızıstan, Sudan, Mərakeş və İordaniya nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - ¹45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov