| 
								
								Bakıdakı Milli  Qəhrəman E.Tağızadə adına  164 
								nömrəli orta məktəbdə    Azərbaycan dili və 
								ədəbiyyat  müəllimi  Təranə Bağırovanın 
								təşkilatçılığı  və kitabxanaçılar  Naridə 
								Səlimova və Tahirə Müslümovanın yaxından köməyi 
								ilə  görkəmli dramaturq  Hüseyn Cavidin 
								xatirəsinə həsr olunmuş  tədbir 
								keçirilib.Tədbirdə T.Bağırova ədəbiyyatımızın ən 
								böyük klassiklərindən biri H.Cavidin həyat və 
								yaradıcılığı barədə ətraflı söz açıb. 
								 
								
								O, tədbirdən öncə şagirdləri Hüseyn  Cavidin 
								ev-muzeyinə apardığını söylədi. Qeyd  etdi ki, 
								muzeyin əməkdaşlarının şair  haqqında  
								verdikləri məlumatları  böyük maraqla dinləyən 
								şagirdlər qüdrətli söz ustadının pedaqoji 
								fəaliyyəti ilə tanış  olub, muzeydən böyük 
								təəssüratla qayıdıblar. 
								
								Tədbirdə  məktəbin şagirdləri  Aysel, Aytən, 
								Aynurə, Fatimə, Nərmin, Jalə və b. "Şərq 
								qadını", "Bən istəyirəm", "Bir zamanlar",  "Qız 
								məktəbində", "Görmədim" şeirlərini söyləyiblər. 
								Təranə müəllim "Bənim Tanrım" şeirini həzin 
								musiqi  sədaları altında ifa edib.  
								
								Sonra dramaturqun qızı Turan Cavidin 
								xatirələrindən  söz açılıb. "Atam Hüseyn  Cavidi 
								Vətən torpağına qovuşdurduğuna, əzizlərimi 
								yenidən bir sərdabədə - Cavid məqbərəsində 
								görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən 
								yandırdığına görə ulu öndər Heydər Əliyevə  
								Tanrıdan rəhmətlər diləyirəm...". 
								
								Məktəbin direktoru Kəmalə Qədirova  tədbirdə 
								əməyi olan  hər bir kəsə minnətdarlığını 
								bildirib. 
								
								Tədbirin sonunda  "Cavid ömrü" filmi nümayiş 
								olunub. 
								
								
								Sifai SƏFƏROVA |