Azərbaycan Müəllimlər İnstitutunda Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində
tədris olunan "Həyati bacarıqlara əsaslanan
təhsil" fənnini 2010-2011-ci ildə tədris edən
müəllimlərin çoxsaylı müraciətlərini nəzərə
alaraq, Təhsil Nazirliyinin razılığı əsasında
müəllimlər üçün üçgünlük seminar təşkil
edilmişdir.
Oktyabrda keçirilmiş seminarda 44 nəfər müəllim
iştirak etdi. Seminarı "Həyati bacarıqlara
əsaslanan təhsil" (HBƏT) kursunun proqramı və
tədris vəsaitlərinin müəllifləri, təcrübəli
təlimçilər Sevda Tağıyeva və Gülarə Hüseynova
apardılar. Hər iki mütəxəssis təlimləri yüksək
səviyyədə keçdi, müəllimlərə həm nəzəri, həm də
təcrübi bilik və bacarıqlar aşılayıb, proqram və
tədris vəsaitləri ilə işləmələri üçün onlara
metodiki tövsiyələr verdilər.
Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi
təlimin normal keçilməsi üçün hər bir şərait
yaratmışdı. Təlimlər davam etdirilir.
Solmaya ƏMİRƏLİYEVA |