| 
								
								  
								
								Gimnaziyada şagirdlərə ümumi orta təhsil 
								verilməklə yanaşı, I sinifdən başlayaraq ərəb, 
								ingilis, rus dilləri (V sinifdən əlavə fransız 
								dili) dərinləşdirilmiş proqram üzrə tədris 
								olunur. Məktəbə, əsasən respublikanın kənd 
								rayonlarından gələn, həmçinin Bakı şəhərində 
								yaşayan, bu dilləri öyrənməyə marağı və 
								qabiliyyəti olan və 6 yaşı cari ilin oktyabrın 
								sonunadək tamam olan istedadlı uşaqlar müsahibə 
								yolu ilə qəbul olunurlar. Sənədlərin qəbulu 
								iyulun 26-dan 30-na qədərdir. Müsahibələr 
								valideynlərə bildirilmiş cədvəl üzrə avqustun 
								2-dən 10-na qədər aparılacaqdır.  
								
								Gimnaziyaya daxil olmaq üçün qəbul komissiyasına
								 
								
								aşağıdakı sənədləri təqdim etmək lazımdır: 
								
								1. Valideynin, yaxud onu əvəz edən şəxsin 
								direktorun adına yazdığı vahid formada ərizə;
								 
								
								2. Doğum haqqında şəhadətnamə (əsli və surəti); 
								
								3. Tibbi dəyişmə vərəqəsi (sağlamlıq haqqında 
								arayış); 
								
								4. Uşağın yaşadığı yerdən arayış (ailə tərkibi 
								göstərilməklə); 
								
								5. Valideynlərin iş yerindən arayış (işləmirsə, 
								ailə tərkibi haqqında arayışda qeyd olunur); 
								
								6. 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.  
								
								Müsahibələrdə qəbul komissiyasının üzvləri 
								uşağın tələffüz qaydalarına riayət etməsini, 
								nitqinin aydınlığını, söz ehtiyatına malik 
								olub-olmamasını, cümlə qurmaq, şeir demək 
								bacarığını, müəyyən əşya və hadisə haqqında 
								təsəvvürlərini, hesablama vərdişlərini, riyazi 
								təfəkkürlərini (əşyaları ölçülərinə, rənglərinə, 
								formasına görə müqayisə etmək, ətraf aləmi 
								müşahidə etmək bacarığını), yaddaşlarını 
								yoxlayırlar. Uşaqların testlərlə də yoxlanılması 
								nəzərdə tutulur. Dərs məşğələlərindən sonra 
								şagirdlərin evə buraxılmasına (valideynin 
								ərizəsinə əsasən) icazə verilir. 
								
								Gimnaziyada I-V sinif şagirdləri evə yalnız 
								valideynlərin və ya onları əvəz edən şəxslərin 
								müşayiəti ilə buraxılırlar. Ehtiyacı olanlar 
								dövlət hesabına yataqxana və isti yeməklə təmin 
								olunurlar.  
								
								Əlavə məlumat almaq üçün 427-55-09, 427-57-83 
								nömrəli telefonlara zəng etmək olar.  
								
								Ünvan: Bakı-48, Qaraçuxur qəsəbəsi, C.Qurbanov 
								küçəsi, 1.  
								
								Məktəbə metronun "Neftçilər" stansiyasından 161 
								nömrəli avtobusla, 
								
								81, 161 nömrəli marşrut avtobuslarla gəlmək 
								olar.  
								
								
								DİREKTORLUQ |