| 
								
								Bakı Slavyan Universitetinin xarici ölkələrin 
								nüfuzlu təhsil ocaqları və  mədəniyyət 
								mərkəzləri ilə  qarşılıqlı  əlaqələr sistemində 
								Avropa  universitetləri xüsusi yer tutur. 
								
								2002-ci ildə Bakı Slavyan Universiteti ilə 
								Fransanın məşhur Şərq Dilləri və Mədəniyyətləri 
								Milli İnstitutu (İNALKO) arasında elmi 
								əməkdaşlıq müqaviləsi  imzalanmışdır. İNALKO-nun 
								prezidenti Jak Legrenin 2007-ci ilin iyulunda 
								BSU-da olarkən mövcud   müqaviləyə əlavələr 
								edilmiş   və bu  əlavələrdə  digər  elmi  
								əməkdaşlıq formaları ilə yanaşı, "Yay 
								məktəbi"nin təşkil edilməsi də nəzərdə 
								tutulmuşdur.  İNALKO  universitetinin  BSU-ya  
								gələn  professorları  cənab Tomas  Zende və 
								xanım Sibel  Berk 28 iyun-3 iyul tarixlərində 
								universitetin Roman-German filologiyası 
								kafedrası müəllimlərinə elmi- metodik seminarlar 
								təşkil etmiş,  Roman-German  ixtisasında təhsil 
								alan tələbələrə isə  intensiv şəkildə  praktik 
								fransız dili kursları keçmişlər. Bu seminarlar 
								təkcə  universitet auditoriyalarında deyil, həm 
								də  Bakıda fəaliyyət göstərən Jorj  Sand adına 
								Fransa Mədəniyyət Mərkəzinin zəngin  
								kitabxanasında da keçirilmiş, fransız dili və 
								ədəbiyyatını öyrənən gənclər  tərəfindən böyük 
								maraqla  qarşılanmışdır.    
								
								
								Şakir CƏFƏROV |