Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 İyul 2010 - ¹26

 

"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı

Bookmark and Share

İyulun 7-də "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi"nin açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Bəxtiyar Əliyev, Nizami Cəfərov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, şair Çingiz Əlioğlu, KİV nümayəndələri və başqaları iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Kitab evi"nin rəmzi açılışını bildirən qırmızı lenti kəsib açılış münasibətilə mərasim iştirakçılarını təbrik etdilər.

Sonra yüksək poliqrafik icra keyfiyyəti ilə seçilən kitablarla, müxtəlif dərslik, dəftər və məktəb ləvazimatları ilə zənginləşdirilmiş "Kitab evi" ilə tanışlıq başlandı. Təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər qonaqlar "Kitab evi"ni gəzərək nəfis şəkildə çap olunmuş, gözəl tərtibatı ilə zövq oxşayan nəşr nümunələri ilə tanış oldular.

"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, poliqrafiya bazası və yeni açılan "Kitab evi" haqqında məlumat verdi. Məlumatdan aydın oldu ki, müxtəlif nəşr növləri ilə məşğul olan müəssisənin hazırladığı kitablar dəfələrlə ölkə və beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək yerlərə layiq görülüblər. 2010-cu ildə nəşriyyatın hazırladığı "Çərçivə" kitabı Azərbaycan kitab nəşri tarixində ilk dəfə olaraq VII Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin baş mükafatı "Qran-Pri"ni qazanıb. Qeyd olundu ki, peşəkar kollektivə və  ən müasir poliqrafiya texnologiyasına malik olan "Təhsil" Nəşriyyat-Poliqrafiya müəssisəsi yeni standartlara və müasir kitab ticarəti normalarına cavab verən öz kitab yayım mərkəzini - "Kitab evi"ni təsis edib. "Kitab evi"ndə 1000-dən artıq adda müxtəlif nəşr nümunələrinin toplandığını deyən  B.Axundov burada, həmçinin lazımi kitabı asanlıqla seçməkdə alıcıya kömək edəcək elektron kartoteka mərkəzinin də fəaliyyət göstərdiyini söylədi. Bildirildi ki, alıcı kataloq vasitəsilə istənilən kitab barədə müfəssəl məlumat ala bilər. O da qeyd edildi ki, hər bir kəs "Kitab evi"ndə ölkəmizdə, eləcə də xaricdə nəşr olunmuş hüquq, uşaq ədəbiyyatı, bədii-publisistik, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat, dərslik və dərs vəsaitləri, lüğət və ensiklopediyalar, bütün bunlarla bərabər  dəftərxana və məktəb ləvazimatlarını əldə etmək imkanına malik olacaqdır. Bəhruz Axundov "Kitab evi"nin Azərbaycan oxucularının, kitabsevərlərinin doğma yerinə çevriləcəyinə inandığını dedi.

"Kitab evi" ilə yaxından tanış olan mərasim iştirakçıları burada yaradılan şəraitdən məmnun qaldılar.

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

9 İyul 2010 - ¹26

2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Qaydalar"ın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qərarın elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları
 
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları
 
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimatı oldu
 
Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etdi
 
Məktəblərdə videotexnologiyalar tətbiq olunur
 
Tədrisin effektliyini artırmaq məqsədi ilə yeni elektron dərslər hazırlanır
 
Gənclər enerji problemlərinə həsr olunmuş məsələləri Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbində müzakirə edirlər
 
Jurnalistlər arasında təhsil mövzusunda keçirilmiş müsabiqənin nəticələri açıqlandı Əməkdaşımız müsabiqə qalibi oldu
 
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın təhsil sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni maliyyələşmə mexanizmi
 
Asiya Universitetləri Assosiasiyasının XIV beynəlxalq simpoziumu
 
İndoneziya mərkəzi açılıb
 
"Gənc istedadlar" liseyinə seçim obyektivlik şəraitində aparılıb
 
"Müasir dövrdə liderlik: Məktəb liderliyi və idarəolunması" mövzusunda beynəlxalq yay məktəbi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təhsil islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu" mövzusunda seminar
 
Yaradıcı müəllim
 
Təhsil ocağı Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur
 
Fransalı alimlər Bakı Slavyan Universitetində seminar keçiriblər
 
Uşaqların nağıl sovqatı
 
Futbolçularımız Polşaya yola salındılar
 
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin rəhbərlərinə
 
Dünya universitetləri: Osaka Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov