| 
								
								Bakıdakı 236 nömrəli orta ümumtəhsil məktəbinin 
								əsas korpusunda Heydər Əliyev Fondunun dəstəyi 
								ilə əsaslı təmir işləri aparılır. 1966-cı ildə 
								istifadəyə verilən təhsil ocağının əsas binası 
								bu günə kimi təmir olunmayıb. Bina 840 şagird 
								yerlikdir. Məktəbin direktoru Xanlar İmaməliyev 
								bildirdi ki, hazırda işlər sürətlə aparılır. 
								Sinif otaqlarının qapı və pəncərələri  
								yenilənib, işıqlandırma və elektrik işləri 
								görülüb.  Məktəb direktoru bu işdə Səbail Rayon 
								İcra Hakimiyyətinin də diqqətindən, nəzarətindən 
								danışaraq təhsil ocağında əsaslı təmir işlərinin 
								yeni dərs ilinə tamamlanacağını dedi. 
								 
								
								
								Rəşad ZİYADOV |