"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun 19.12-ci bəndinin icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. "Ümumtəhsil
məktəblərinin I sinfinə uşaqların vaxtından
əvvəl qəbulu Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi
nəzdindəki ümumi təhsil müəssisələrinin
direktorları bu "Qaydalar"dan irəli gələn
tələblərə ciddi əməl olunmasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16 iyun 2010-cu il |