Nağıl
uşaq dünyasının mənəvi sərvəti, uşaq
təxəyyülünün əbədi qaynağıdır. Tarixin bütün
dövrlərində nağıl dinlənilir, uşaq bədii fondunu
zənginləşdirir. Nağıllar bu gün də uşaq
mütaliəsində xüsusi yer tutur.
Bu tələbi nəzərə alan ibtidai sinif şagirdləri
və məktəbəqədər azyaşlı uşaqlar üçün "Göyərçin"
jurnalının əməkdaşları mətbu orqanın hər
nömrəsində həm Azərbaycan, həm də dünya
xalqlarının nağıllarına yer ayırırlar.
Təqdirəlayiq haldır ki, jurnalda çap olunmuş
hekayə və nağıllar sonradan rəngli şəkillərlə
ayrıca kitabçalar şəklində nəşr olunur. "Elm və
helm" - "Göyərçin"in kitabxanası" seriyasından
"Azərbaycan" nəşriyyatının mətbəəsində
buraxılmış hekayə və ədəbi nağıllar bu ad
altında toplanmışdır. Burada uşaq yazıçısı,
filoloq alim Rafiq Yusifoğlunun 13 qələm məhsulu
verilmişdir. Uşaq psixologiyasını, təbiətin
əsrarəngizliyini əks etdirən bu əsərlər maraqla
oxunur.
Dünya xalqlarının nağıllarından ibarət 10 yazı
toplanmış "Möcüzəli ağac" adlı topluda İsveç,
hindu, fars və b. xalqlara məxsus folklor
nümunələri verilmişdir (tərcüməçi
R.Yusifoğludur).
Ş.ELNUR |