AzərTAc xəbər verir ki, Nazirlər Kabineti
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr
tarixli Fərmanının 1.15-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə "Doktoranturaların
yaradılması və doktoranturaya qəbul Qaydaları"nı
təsdiq etmişdir.
Bununla bağlı Nazirlər Kabinetinin qərarı
imzalandığı gündən qüvvəyə minmişdir. |