| 
								
								Bu günlərdə Azərbaycan  Dillər Universitetində 
								İndoneziya mərkəzinin açılış mərasimi keçirildi. 
								Açılış rəmzi olan qırmızı lent kəsildikdən sonra 
								universitet tələbələrinin ifasında İndoneziyanın 
								və Azərbaycanın Dövlət himnləri oxundu. Mərasimi 
								giriş sözü ilə açan ADU-nun rektoru, professor 
								Səməd Seyidov bu  mərkəzin ADU-da  açılmasından 
								məmnunluğunu dilə gətirdi. Rektor İndoneziyanın 
								bu mərkəz vasitəsilə Azərbaycana daha da  
								yaxınlaşmasına əminliyini söylədi. 
								
								Sonra  çıxış edən İndoneziyanın İranda və 
								Azərbaycanda akkreditə olunmuş səfiri İvan 
								H.S.Viranata  Atmadjan sevinc içərisində 
								olduğunu  qeyd etdi. İndoneziya mərkəzinin iki 
								dövlət arasında mövcud olan sıx əlaqələrin daha 
								da  inkişafına böyük töhfə verəcəyini  dedi. 
								Səfir İndoneziya mərkəzinin  açılmasında böyük 
								xidmətləri olan ADU-nun professoru  Həbib 
								Zərbəliyevə təşəkkürünü çatdıraraq  onun 
								fəaliyyətinin hər bir tələbəyə örnək olduğunu 
								bildirdi. Çıxışından sonra səfir  İndoneziya 
								prezidentinin  müvafiq sərəncamı ilə İndoneziya 
								mədəniyyətinin təbliği, Azərbaycanda İndoneziya 
								dili və ədəbiyyatının tədrisi, tədqiqi və 
								təbliği sahəsində göstərdiyi xidmətlərə görə 
								təltif etdiyi "Xidmətlərinə görə I dərəcəli 
								Şərəf  ordeni"ni  H.Zərbəliyevə təqdim etdi. 
								
								Öz növbəsində professor  Həbib Zərbəliyev ADU-da 
								İndoneziya mərkəzinin açılmasına  razılıq verən  
								rektor  Səməd Seyidova öz təşəkkürünü  bildirdi. 
								Təltif edildiyi "Şərəf ordeni"nin ona gələcəkdə 
								iki ölkə  və  xalq arasında mədəni əlaqələrin 
								inkişafında daha səylə çalışmağa  imkan 
								verdiyini dedi. 
								
								Sonda  qonaqlar İndoneziya mərkəzi ilə  yaxından 
								tanış  oldular. 
								
								
								Şakir CƏFƏROV  |