Azərbaycan Dillər Universitetində Avstriya
kitabxanasının açılış mərasimi olub. ADU-nun
rektoru, professor Səməd Seyidov universitetdə
Avstriya kitabxanasının fəaliyyətə başlamasının
əlamətdar bir hadisə olduğunu qeyd edib. Qeyd
edilib ki, bu təhsil ocağında bir sıra
Avropa ölkələrinin mədəniyyət mərkəzləri
fəaliyyət göstərir.
Sonra kitabxananın əsas fəaliyyətindən danışan
S.Seyidov bildirib ki, kitabxananın
imkanlarından yalnız universitetin tələbələri
deyil, hər bir Azərbaycan vətəndaşı, əcnəbilər
də yararlana biləcəklər.
Tədbirdə çıxış edən Avstriyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer
Kaybiç də ADU-da Avstriya kitabxanasının
açılmasını ölkələrimiz arasında olan
münasibətlərə yeni töhfə verəcəyini bildirib.
Şakir CƏFƏROV |