2009-2010-cu dərs ilində məktəblilərin fənn
olimpiadalarını yüksək səviyyədə keçirmək, bu
işi daha da təkmilləşdirmək, istedadlı
şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirmək sahəsində
müəyyən işlər görülmüş, müvafiq təşkilati
tədbirlər həyata keçirilmiş, xərclər smetası
tutulmuş, fənlər üzrə olimpiada materialları
hazırlanıb yerlərə göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel
2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"nın icrası ilə bağlı "Elementar
riyaziyyatın əlavə fəsilləri və olimpiadalar. I
kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları
üçün 200 variant", "Kimyadan olimpiada
məsələləri", "Uşaqlarda istedadın
müəyyənləşdirilməsi və inkişaf etdirilməsi",
"İstedadlı uşaqların psixoloji təminatı",
"İstedadın psixoloji diaqnostikası" adlı
kitablar çap olunmuş, müəllim və şagirdlərin
istifadəsinə verilmişdir.
Fənn olimpiadalarının rayon (şəhər)
mərhələsinin I turunda 49301, II turunda 8616,
Respublika turunda 1138 nəfər iştirak etmişdir.
Olimpiadaların nəticələri cədvəldə göstərilən
kimi olmuşdur:
|
Fənlər |
İştirakçıların sayı
|
Qaliblərin sayı |
|
Cəmi |
I |
II |
III |
IV |
Azərbayjan dili və ədəbiyyat |
232 |
68 |
3 |
6 |
9 |
50 |
Azərbayjan tarixi |
224 |
48 |
2 |
6 |
9 |
31 |
Riyaziyyat |
161 |
52 |
3 |
6 |
9 |
34 |
Fizika |
120 |
24 |
2 |
3 |
7 |
12 |
Kimya |
144 |
58 |
7 |
7 |
13 |
31 |
Biologiya |
222 |
79 |
2 |
6 |
10 |
61 |
İnformatika |
35 |
17 |
4 |
4 |
4 |
5 |
Cəmi: |
1138 |
346 (30,4 %) |
23 (2,0%) |
38 (3,3%) |
61 (5,4 %) |
224 (19,7 %) |
Yerlərdə olimpiadalara hazırlıq mərkəzləri
yaradılmış, xüsusi istedadı ilə fərqlənənlərin
obyektiv seçimi aparılmışdır. Bu səbəbdən də
fənn olimpiadalarının yekun turunda şagirdlərin
əksəriyyəti yüksək nəticə göstərmişdir.
Respublika turunda Naxçıvan MR-in, Bakı,
Sumqayıt, Şirvan şəhərlərinin, İsmayıllı, Quba,
Hacıqabul, Neftçala, Şəmkir, Qazax, Abşeron,
Qax, Tovuz, Cəlilabad, Ucar, Ağdaş, Balakən,
Qəbələ, Şəki, Oğuz rayonlarının şagirdləri daha
çox fərqlənmiş, mükafata layiq yerləri tutmağa
nail olmuşlar.
Bakı şəhəri 27, 83, 171, 264, 304 nömrəli
məktəblərin, 287 nömrəli "Zəkalar" liseyinin,
Bağça-məktəb-lisey kompleksinin, Heydər Əliyev
adına Müasir Təhsil Kompleksinin, Sumqayıt
şəhəri təbiət və texniki elmlər liseyinin,
Təbiət elmləri təmayüllü gimnaziyanın, Balakən
rayonu texniki və humanitar liseyin, Culfa
rayonu Bənəniyar kənd, Ağcabədi şəhər 3, Zərdab
şəhər 1, Neftçala rayonu Xıllı qəsəbə 1
nömrəli, İsmayıllı rayonu Mican kənd orta
məktəblərinin, bilavasitə nazirlik nəzdindəki
akademik Zərifə Əliyeva adına orta məktəbin,
Heydər Əliyev adına, kimya-biologiya təmayüllü,
"Zəngi", "Tərəqqi" liseylərinin, S.C.Pişəvəri
adına humanitar fənlər, S.Bəhlulzadə adına
xarici dillər təmayüllü gimnaziyaların
şagirdləri daha yaxşı nəticələr göstərərək
qaliblər sırasında olmuşlar.
Ötən illərdə olduğu kimi, cari ildə də
respublikada fəaliyyət göstərən "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl
liseylərinin şagirdləri fənn olimpiadalarının
yekun turunda üstünlük təşkil etmiş, bu
liseylərin 47 nəfər şagirdi I-IV yerlərə layiq
görülmüşdür.
Bir sıra rayonlarda (Samux, Bərdə, Sabirabad,
Biləsuvar, Göygöl, Şamaxı) seçimin
qeyri-obyektiv aparılmasının nəticəsidir ki,
olimpiadanın yekun turunun iştirakçılarından
39(3,4%) nəfəri "0", 77(6,8%) nəfəri isə "1-10"
bal toplamışdır.
Göstərilənləri nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Məktəblilərin 2009-2010-cu dərs ilində fənn
olimpiadalarının nəticələri haqqında münsiflər
heyətləri sədrlərinin təqdimatları nəzərə
alınsın.
2. Fənn olimpiadalarının Respublika turunda
Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan
şəhərlərinin, İsmayıllı, Quba, Hacıqabul,
Neftçala, Şəmkir, Qazax, Abşeron, Qax, Tovuz,
Cəlilabad, Ucar, Ağdaş, Balakən, Qəbələ, Şəki,
Oğuz rayonlarının və respublikada fəaliyyət
göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
Azərbaycan-Türkiyə özəl liseylərinin
şagirdlərinin uğurlu nəticələri qeyd edilsin.
3. Samux, Bərdə, Sabirabad, Göygöl, Şamaxı,
Ağsu, Salyan, Masallı, Qobustan, Xocavənd rayon,
Naftalan şəhər təhsil şöbələrinin fənn
olimpiadalarına hazırlıq sahəsində lazımi əməli
tədbirlər həyata keçirmədikləri həmin rayonların
təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın.
4. Fənn olimpiadalarına şagirdlərin
hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və
2010-cu ildə keçirilən olimpiadalarda
şagirdləri I dərəcəli diploma layiq görülmüş
müəllimlərin hər birinə 115 (yüz on beş) manat
məbləğində mükafat verilsin (əlavə 1).
5. Fənn olimpiadalarının keçirilməsi,
materialların hazırlanması, işlərin yoxlanılması
və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək
sərf edən Respublika münsiflər heyəti
sədrlərinin hər biri 110( yüz on) manat, məsul
katiblərin hər biri 90 (doxsan) manat, üzvlərin
hər biri 50(əlli) manat pulla
mükafatlandırılsınlar (əlavə 2).
6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil
İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə
tapşırılsın ki, əmrin məzmununu təhsil
müəssisələrinin pedaqoji kollektivlərinə
çatdırsınlar, istedadlı şagirdlərin aşkara
çıxarılmasına, onlar üçün səmərəli təhsil
şəraitinin yaradılmasına, fənn olimpiadalarının
təşkili və keçirilməsinə xüsusi diqqət
yetirsinlər.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyun 2010-cu il |