Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyun 2010 - ¹25

 

2 İyul 2010 - ¹25

Bookmark and Share

İyunun 30-da "Hyatt Regency" otelində ənənəvi "İnnovasiya günü" forumu keçirildi. Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, "Microsoft Azərbaycan" şirkətinin birgə təşkilatçılığı,  HP, "Ultra" və "Bestcomp Group" şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə "Xalq kompüteri" layihəsinin əsas mərhələsi üzrə niyyət protokolu imzalandı.

Azərbaycanda rəqəmsal bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl müəssisələrin əməkdaşlığına həsr olunmuş forumda ali məktəblərin rektorları, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin müvafiq şöbələrinin və struktur bölmələrinin, müxtəlif şirkət və təşkilatların rəhbərləri, beynəlxalq qurumların nümayəndələri, müəllimlər və KİV təmsilçiləri iştirak edirdilər.

Mərasim açıldıqdan sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov "Xalq kompüteri" layihəsi haqqında ətraflı məlumatı diqqətə çatdırdı.

Mərasimdə çıxış edən HP Azərbaycan şirkətinin baş nümayəndəsi Rüfət Hacıəlibəyov,  "Bestcomp Group" şirkətinin direktoru Rauf Həsənov və "Ultra" şirkətinin  direktoru Tahir Mirkişili "Xalq kompüteri" layihəsi çərçivəsində görülən işlərdən danışdılar və bu gün başlayan növbəti mərhələnin də uğurla davam edəcəyinə ümidlərini ifadə etdilər.

Forumda "Microsoft" şirkəti yaxın gələcəkdə bizi necə görür" adlı videoçarx nümayiş etdirildi.  "Microsoft"un regional direktoru Mustafa Kılıç Aslan  təmsil etdiyi şirkətin fəaliyyətinə dair geniş təqdimatla çıxış etdi.

Sonra "Xalq kompüteri" layihəsinin əsəs mərhələsi üzrə sənədlərin imzalanması mərasimi oldu.

Razılaşmanı Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov, "Microsoft Azərbaycan" şirkətinin baş nümayəndəsi Teymur Axundov və HP Azərbaycan şirkətinin baş nümayəndəsi Rüfət Hacıəlibəyov imzaladılar.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. Qonaqları salamlayan nazir öz çıxışında layihənin uğurla həyata keçirilməsindən bəhs etdi. Bu işdə əməyi olan hər kəsə, şirkət və təşkilatlara təşəkkürünü bildirən təhsil naziri müasir dövrdə həyatımızı kompütersiz təsəvvür etməyin mümkün olmadığını söylədi. On il əvvəl Azərbaycanda hər 1046 şagirdə 1 kompüter düşdüyü halda, hazırda orta hesabla hər 20 şagirdə 1 kompüter düşməsi faktını diqqətə çatdıran Misir Mərdanov bu uğurun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində əldə olunduğunu vurğuladı.

Nazir daha sonra Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında mövcud olan sıx və səmimi əməkdaşlıq əlaqələrindən söz açdı.

Məktəblərdə elektron tədris resurslarından istifadə edilməsinin əhəmiyyətindən danışan Misir Mərdanov son illər uşaq və gənclərin bu sahəyə daha çox maraq göstərməsini fərəhləndirici  hal kimi dəyərləndirdi.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müvafiq sahədə monitorinq aparan beynəlxalq  təşkilatların reytinq cədvəlinə əsasən Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqinin Şərqi Avropa səviyyəsini keçdiyini bildirərək bu inkişafın son illər daha geniş vüsət aldığını qeyd etdi. Bu amilin təhsilin keyfiyyətinə çox müsbət təsir göstərdiyini deyən nazir daha sonra çıxışında ölkəmizdə İKT-nin prioritet sahə kimi qəbul olunması və müvafiq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - ¹25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov