Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 İyul 2010 - ¹25

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Bayramov Soltanağa Nəhmət oğlu              

1936-ci il oktyabrın 17-də Lənkəran rayonunun Şürük kəndində anadan olub. O, orta təhsilini Astara rayonunda alıb. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirib, sonra təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlayıb. 1990-cı illərdə bəzi xarici dövlətlər erməni separatçıları ilə birlikdə bir qrup adamı öz əlaltılarına çevirərək Azərbaycanı parçalamaq istəyirdilər. Həmin nankorlardan biri də  vətəninə, xalqına xəyanət edən "Talış Muğan Respublikası" yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov idi. 1993-cü ildə bir qrup silahlı dəstə Soltanağanın çalışdığı hospitala basqın edib. Öz qorxmazlığı, vətənə olan sevgi və məhəbbətini canı, qanı bahasına hər zaman torpaqlarımızın bütövlüyünü düşünən S.Bayramov burada əsl vətənpərvərlik nümayiş etdirərək silahlılara qarşı müqavimət göstərərək faciəli şəkildə həlak olub.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilib və büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.  

Behbudov Səfiyar Abuzər oğlu 

1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində dünyaya göz açıb. 1984-cü ildə Bərdə şəhər 6 nömrəli orta məktəbi bitirib. Bir il sonra isə sovet ordusu sıralarına çağırılıb. Səfiyar 1987-ci ildə ordudan tərxis olunaraq, rayon Hərbi Komissarlığının təqdimatı ilə bu sahədə təhsilini artırmaq üçün zabitlik kursuna göndərilib. Həmin kursu müvəffəqiyyətlə bitirərək kiçik leytenant rütbəsi alıb. Tərtər bölgəsində erməni quldurlarına qarşı gedən gərgin döyüşlərdə neçə-neçə uğurlu əməliyyatların iştirakçısı olub. Xalqımızın tarixi qəhrəmanlıq əməllərini davam etdirən, ürəklərdə özünə bir ölməzlik abidəsi ucaldan Səfiyar daha sonra Ağdam və Əsgəran uğrunda gedən ölüm-dirim savaşında xüsusı fəallıq nümayiş etdirib.

O, 1992-ci il martın 11-də ermənilər tərəfindən əsir götürülmüş, martın 21-də meyitini çətinliklə də olsa geri almaq mümkün olmuşdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bərdə rayonunun Mollalı kəndində dəfn olunub. Təhsil aldığı 6 nömrəli orta məktəb onun adını daşıyır. 

Babayev Əjdər Xalıqverdi oğlu              

1950-ci il avqustun 26-da Qazax rayonunun Mollacəfərli kəndində anadan olub. Bir müddət sonra ailələri Ağstafa rayonunun Xətai kəndinə köçüb. O, 1967-ci ildə Xətai kənd orta məktəbini bitirib.

Əjdər 1969-cu ildə hərbi xidmətə çağırılmış, ordu sıralarından tərxis olunduqdan sonra isə Bakının Nərimanov Rayon Polis Şöbəsinə işə qəbul olunub. 1978-ci ildə polis orqanlarında çalışmaqla yanaşı, Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş, 1981-ci ildə burada avtonəqliyyat ixtisasına yiyələnib. O, dörd il Qazax Rayon Polis Şöbəsində işləmiş, sonra iş yerini dəyişərək Ağstafa Rayon Polis Şöbəsində fəaliyyətini davam etdirib. Ə.Babayev bu orqanda çalışdığı illərdə nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülüb. O, 1995-ci il 13-17 mart hadisələri zamanı həlak olub.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağstafa rayonunda dəfn olunub. Adına məktəb var. 

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu 

1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə Almaniyaya getmiş və ibtidai təhsilini orada almışdır. Az sonra Bakıya dönərək orta təhsilini burada bitirmişdir. Fəxrəddin 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil olmuş və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. Fəxrəddin 1992-ci ildə cəbhə bölgəsinə yollanaraq,  656 nömrəli hərbi hissədə motoatıcı taborun komandiri təyin olunmuşdur. 1993-cü ildə Beyləqan rayonu istiqamətində gedən döyüşlərdə qərargah rəisi kimi düşmənin xeyli canlı qüvvəsini itkiyə məruz qoymuşdur. 1994-cü ildə Füzuli və Kəlbəcər istiqamətində döyüşən F.Cəbrayılov Gəncə şəhərindəki 172 nömrəli motoatıcı briqadasına komandir təyin edilmişdir. Onun komandir olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir.

O, 1994-cü ilin oktyabrında "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırda 4-cü ordu korpusunun fərdi qərargah rəisi vəzifəsində çalışır. 

Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu              

1952-ci il aprelin 27-də Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü olmuş Əhmədiyyə Cəbrayilovun ailəsində dünyaya gəlib. O, 1971-ci ildə Şəki Şəhər Polis Şöbəsində milis nəfəri vəzifəsinə qəbul olunub, 1978-ci ildə isə leytenant rütbəsi ilə sahə müvəkkili vəzifəsinə təyin edilmişdi.

M.Cəbrayılov 1990-cı il dekabrın 12-də polis əməkdaşları ilə birlikdə Qarabağa ezam olunub. Həmin vaxt Cəmilli kəndinin müdafiəsinin təşkili onun dəstəsinə tapşırılıb. 1990-cı il dekabrın 15-də Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton buğda camaata çatdırılmalı idi. Onun polis əməkdaşlarından ibarət dəstəsi həmin yükü kəndə apararkən Cəmilli-Kosalar arasında erməni silahlılarının hücumuna məruz qalıb. Bu döyüşdə Mikayıl qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəki rayonunun Oxut kəndində dəfn olunub. Adına Şəki şəhərində küçə var. Doğulduğu kənd onun adını daşıyır. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin
materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

2 İyul 2010 - ¹25

Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqladı
 
Samuxda birinci sinif müəllimləri üçün seminar keçirildi
 
Gəncədə daha bir məktəb binası yeni dərs ilinə hazırdır 
 
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə
 
"Təhsil və mətbuat" mövzusunda regional konfrans
 
Ənənəvi "İnnovasiya günü" forumu
 
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyi internat məzununa toy edib
 
Azərbaycan Texniki Universitetinin 60-cı yubiley buraxılışı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun günü qeyd edildi
 
Akademik Zərifə Əliyeva adına orta məktəbin məzunu ABŞ-da ali təhsil alacaq
 
Naxçıvan Dövlət Universitetində məzun günü
 
Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meyilləri" mövzusunda konfrans keçirilib
 
Bağçada uşaqların ekoloji tərbiyəsi
 
Əməkdaşlığa dair müqavilə imzalandı
 
Yaşıl" iqtisadiyyat və peşə təhsili: sivilizasiyanın yeni mərhələsi - ekoloji sivilizasiyaya (ekosivilə) aparan yol
 
İlk peşə-ixtisas təhsili müəssisə rəhbərlərinin respublika yığıncağı
 
Tükənməyən arzu, bitməyən həvəs
 
Veteran müəllimlər şurasının hesabat yığıncağı
 
Balaca məzunlar meydanı tərk etmək istəmirdilər...
 
Azərbaycanın Milli Qəhrəmanları
 
ADU-da Avstriya kitabxanası açıldı
 
"Zahid Xəlilin sənət dünyası"
 
Dünya universitetləri: Lozanna Federal Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov