Bu il Gəncənin 38 nömrəli orta məktəbinin
şagirdləri yeni dərs ilini yeni binada
qarşılayacaqlar. Keçən ildən inşasına
başlanılmış tədris ocağında artıq son tamamlama
işləri görülür.
Məktəbin direktoru Məleykə Bürcəliyeva AzərTAc-a
bu barədə məlumat verərək demişdir ki, keçən
əsrin ortalarında inşa edilən məktəb binası,
demək olar, tam qəzalı vəziyyətə düşmüşdü.
Təhsil Nazirliyinin qayğısı və ayırdığı vəsait
hesabına artıq kollektiv bu problemi aradan
qaldırmışdır. İndi hər şəraiti olan 480 yerlik
yeni məktəb binası şagirdləri qarşılamağa
hazırdır.
AzərTAc |