Bakıdakı 44 nömrəli orta məktəbdə "İstedadlı
şagirdlərin üzə çıxarılmasında müəllimlərin
rolu" adlı "dəyirmi masa" keçirildi.
Çıxış edən müəllimlər tədris prosesində
istedadlı şagirdlərlə necə işləmələrindən,
onların istedadlarını daha da inkişaf etdirmək
üçün gördükləri işlərdən söhbət açdılar.
Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfaqət
Mirzəyeva isə qeyd etdi ki, istedadlı
uşaqlar üçün müxtəlif təlim metodlarından
istifadə olunur. İnteraktiv təlim metodları
şagirdlərin istedad və bacarığını üzə çıxarmaq
üçün ən yaxşı vasitədir.
Sonra istedadlı şagirdlər müxtəlif şeir
nümunələri ilə çıxış etdilər. Tədbirin
sonunda şagirdlərin əl işlərindən ibarət
sərgiyə baxış keçirildi.
Sifai SƏFƏROVA |