Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - ¹14

 

ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən

Bookmark and Share

1921-ci ildə fəaliyyətə başlayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilindən 90 ilə yaxın bir vaxt keçir. Bu illər ərzində ayrı-ayrı adlarla fəaliyyət göstərən pedaqoji universitet böyük inkişaf yolu keçmiş, zəngin ənənələrə malik şöhrətli elm və təhsil məbədinə çevrilmişdir. Pedaqoji universitetdə 11 fakültə: tarix, filologiya, kimya, biologiya, fizika, riyaziyyat, coğrafiya, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı, pedaqoji, pedaqogika və psixologiya, mühəndis-pedaqoji və bədii qrafika, ixtisasartırma və yenidənhazırlanma fakültələri və eyni zamanda əcnəbi tələbələrlə iş üzrə  dekanlıq fəaliyyət göstərir.

Pedaqoji fakültənin professor-müəllim heyətinin üzvlərindən bir qrupu (şəkil 1970-ci illərin ortalarında çəkilmişdir)Azərbaycan Dövlət Pedaqoji Universitetinin ən böyük fakültələrindən biri sayılan pedaqoji fakültə  1958-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası adı ilə fəaliyyətə başlamışdır. Fakültənin təşkilində əsas məqsəd həm Azərbaycanın, həm də Ermənistan və Gürcüstandakı Azərbaycan məktəblərinin ibtidai siniflərini ali təhsilli müəllimlərlə təmin etməkdən ibarət idi. 1958-ci ilin avqust ayında  qəbul imtahanlarını müvəffəqiyyətlə verən 200 nəfər abituriyent pedaqoji fakültənin ilk tələbələri oldu. Həmin dövrdə fakültə ADPU-nun əsas binasının 3-cü mərtəbəsində  yerləşirdi. Fakültə yeni təşkil olunanda onun ilk dekanı qısa bir müddətdə professor Şövqi Ağayev olmuşdur. Bundan sonra fakültə dekanı vəzifəsinə pedaqoji elmlər namizədi, dosent İsfəndiyar Vəlixanlı (onun müavini psixologiya elmləri namizədi Adil Babayev idi) seçildi. O, olduqca ciddi, bacarıqlı, işgüzar və təşkilatçı bir ziyalı, sözün həqiqi mənasında, əsl pedaqoq idi. İnstitutda böyük nüfuz sahibi kimi tanınan dosent İ.Vəlixanlı 10 il fakültəyə rəhbərlik etmiş, burada zəngin ənənələrin yaranmasına nail olmuşdur. 

O dövrdə fakültədə geniş profilli ibtidai təhsilin pedaqogika və metodikası kafedrası fəaliyyət göstərirdi.

Kafedranın  ilk müdiri professor Mehdi Mehdizadə olmuşdur. O,  1960-cı ildə ikinci dəfə respublikanın maarif naziri vəzifəsinə təyin edildikdən sonra kafedraya rəhbərlik professor Mərdan Muradxanova həvalə edildi. "Azərbaycanın Makarenkosu" adlandırılan bu gözəl insan fitrən pedaqoq-alim idi. O dövrdə musiqi, təsviri incəsənət və əmək təlimi fənlərini tədris edən müəllimlər, sənətşünas mütəxəssislər də  ibtidai təhsilin pedaqogika və metodikası kafedrasının tərkibində fəaliyyət göstərirdilər. Professor Mərdan Muradxanov pedaqogika, musiqi, təsviri incəsənət, əmək təlimi fənləri üzrə tanınmış mütəxəssislərin kafedraya işə cəlb edilməsinə, onların pedaqoji-metodik hazırlıq səviyyəsinin daha da yüksəlməsinə xüsusi diqqət yetirirdi.

1970-ci ildə professor Nəmidə Abbasova fakültəyə dekan seçildi. O, altı ilə yaxın bir müddətdə fakültəyə rəhbərlik etdi, fakültənin elmi potensialının formalaşmasında, yeni elmi qüvvələrin tədris prosesinə cəlb edilməsində böyük əməyi oldu.

Fakültənin inkişafı və tez bir zamanda şöhrət qazanmasında akademik Mehdi Mehdizadə, professorlar Mərdan Muradxanov, Şövqi Ağayev, Ağamməd Abdullayev, Nəmidə Abbasova, dosentlər İsfəndiyar Vəlixanlı, Əfşan Qədimbəyova və  Tələt Əfəndiyevin böyük xidmətləri olmuşdur.Pedaqoji fakültənin 50 illiyi ərəfəsində ADPU-nun rektoru, professor Yusif Məmmədov pedaqoji fakültənin əməkdaşları ilə müzakirə zamanı

1958-70-ci illərdə fakültəyə daha böyük maraq göstərilmiş, tələbə kontingenti ildən-ilə artmışdır. 1976-cı ildə dosent Musa Həsənov fakültənin dekanı (pedaqoji elmlər namizədi Səfurə İbrahimova dekan müavini olmuşdur) vəzifəsinə seçildi. O,  14 il fasiləsiz olaraq pedaqoji fakültəyə rəhbərlik etdi. Həmin illərdə fakültə diqqətəlayiq inkişaf yolu  keçdi.

1976-cı ildə fakültənin əyani şöbəsində 350 tələbə təhsil alırdı. 1978-79-cu tədris ilində ibtidai təhsilin pedaqogika və metodikası ixtisasına qəbul planı artırıldı. Bu dövrdə məktəbəqədər tərbiyə müəssisələri üçün ali təhsilli kadrlar hazırlayan məktəbəqədər tərbiyə şöbəsi də pedaqoji fakültənin nəzdində fəaliyyət göstərirdi. Ona görə də fakültədə tələbələrin sayı xeyli artmışdı.

1975-ci ildə Azərbaycan SSR Nazirlər Soveti "Respublikada məktəbəqədər müəssisələrin  vəziyyətinin  yaxşılaşdırılması  üzrə tədbirlər planı haqqında" qərar qəbul etdi.  Həmin qərarda məktəbəqədər təhsil müəssisələrinin inkişafı, fəaliyyətlərinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə tədbirlər müəyyən edildi. Bu səbəbdən 1980-ci ilin əvvəllərində məktəbəqədər tərbiyə şöbəsi fakültədən ayrıldı və müstəqil fəaliyyət göstərməyə başladı. İndi pedaqogika və psixologiya fakültəsinə aid olan yaş və pedaqoji psixologiya, məktəbəqədər pedaqogika kafedraları uzun müddət pedaqoji fakültənin nəzdində fəaliyyət göstərmişdir.

Pedaqoji fakültə yarandığı gündən ali məktəbin ictimai-siyasi, elmi-pedaqoji həyatında mühüm rol oynamışdır. 1977-78-ci tədris ilindən başlayaraq 5 il müddətində fakültə fakültələrarası sosializm yarışının qalibi olmuş, keçici Qırmızı bayraq və müxtəlif mükafatlarla rəğbətləndirilmişdir. Fakültədə tədris işinin yüksək səviyyədə qurulmasında, tələbələrin yüksəkixtisaslı müəllim kadrları kimi hazırlanmasında, yetkin vətəndaş kimi formalaşmasında burada mühazirə və seminar məşğələləri aparan ayrı-ayrı ixtisas sahiblərinin, professor-müəllim heyətinin çox böyük rolu olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri, professor Afad Qurbanov və professor Səlvər Aslanov, professorlar Ağamməd Abdullayev, Mərdan Muradxanov, Nabat Abdullayeva, Soltansəlim Axundov, Mirəli Seyidov, Aben Kərimov, Fərhad Fərhadov, Roza Qafarova, Aydın Hacıyev, Əbdül Əlizadə, Təmruz Əliyeva, Nüsrət Sadıqov, Sabir Quliyev, Xəlil Fətəliyev, Sabir İbrahimov, Sədi Əfəndiyev, Paşa Əfəndiyev, Sadıq Sadıqov, Nəmidə Abbasova, Zəkəriyyə Mehdizadə, Şərif Haqverdiyev, Novruz Hüseynov, Şükür Sadıqov, Həsən Balıyev,  Tələt Qayıbov, Nadir Abdullayev, Rasim Qarayev, dosentlər Əyyub Tağıyev, Böyükxanım Rəhimova, İsfəndiyar Vəlixanlı, Adil Abdullayev, Əli Məmmədov, Həmid Əfəndiyev, Cəlal Hüseynov, Əfşan Qədimbəyova, Zabit Məmmədov, İsmayıl İsmayılov, Musa Həsənov, xalq rəssamı, professor İbrahim Zeynalov, əməkdar artist Yaşar Səfərov, bəstəkar, əməkdar incəsənət xadimi Faiq Sücəddinov, Adil Bəbirov, Hacıxan Məmmədov, dünya çempionu İbrahim Paşa və başqaları ali təhsilli ibtidai sinif müəllimlərinin hazırlanmasında çox  böyük işlər görmüşlər.

1990-cı ildə pedaqoji fakültə əyani və qiyabi şöbələrə bölündü. Əyani şöbəyə professor Xəlil Fətəliyev (dekan müavini, dosent Allahyar İmanov), qiyabi şöbəyə isə professor Qulam Əzimov dekan seçildilər.

 1991-ci ildə qiyabi şöbə süni olaraq iki yerə bölündü. 4 illik tədris planı ilə təhsil alanlar şöbəsinə dosent İramin İsayev (dekan müavini, dosent Zabit Məmmədov), 5 illik tədris planı ilə təhsil alanlar şöbəsinə isə professor Qulam Əzimov dekan vəzifəsinə seçildilər.

Şöbənin tədris planları fərqli idi. Belə ki, dördillik tədris planı ilə oxuyanlar orta ixtisas məktəblərini bitirənlər idi. Onlar müsabiqə yolu ilə ali məktəbə qəbul olunurdular. Beşillik tədris planı ilə oxuyanlar isə adi qaydada qəbul imtahanları verirdilər.

Pedaqoji fakültənin ilk buraxılışı 1962-ci ildə olmuşdur. Elə həmin ildən də fakültənin gənc kadrlarla təminatı məsələsinə xüsusi önəm verilmişdir. İlk məzunlardan Lenin təqaüdçüsü Məcid İsmixanov, fakültəni fərqlənmə diplomu ilə bitirənlərdən Qızlarxanım Əbdürrəhmanova, Bahar Şükürova, Miri Həsənov, Edison Quliyev fakültədə müəllim kimi fəaliyyətə başladılar.

Pedaqoji fakültədə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin genişlənməsinə, hər il tələbə elmi konfranslarının keçilməsinə xüsusi diqqət yetirildi.

Fakültədə aparılan təlim-tərbiyə işlərini daha real, operativ şəkildə canlandırmaq üçün "Tələbə dünyası" adlı divar qəzeti buraxılırdı. Fakültənin dekanlığı, partiya, komsomol, həmkarlar təşkilatları divar qəzetinin daha məzmunlu çıxmasına, ayrı-ayrı nömrələrdə verilən materialların daha rəngarəng və maraqlı olmasına kömək  edirdilər.

Fakültədə "Kirpi" və "Ayna" divar qəzetləri buraxılırdı. Həmin qəzetlər fakültənin bütün fəaliyyətini öz nömrələrində əks etdirirdi. Bundan başqa, hadisələri operativ  işıqlandırmaq üçün III kurs tələbəsi Xanlar Rüstəmov tərəfindən fotoşəkillərdən ibarət  "Obyektiv" gündəlik  divar qəzeti buraxılırdı.

Pedaqoji fakültədə tələbələrin mənəvi-estetik tərbiyəsinə xüsusi fikir verilirdi. Bu məqsədlə fakültədə musiqi və təsviri incəsənətin tədrisi metodikası kafedrası yaradılmışdı. Kafedraya istedadlı sənətşünas alim Paşa Hacıyev rəhbərlik edirdi. Bəstəkarlar Şəfiqə Axundova, Hacıbaba Həsənov, tanınmış musiqi pedaqoqları Sabir Quliyev, Nəcməddin Məlikməmmədov, rəssamlardan Hüseyn Hüseynov, Əyyub Əliyev və başqaları yüksək səviyyəli seminar və mühazirə məşğələləri aparmaqla yanaşı, həm də tələbələrin bədii-estetik tərbiyəsinə xüsusi diqqət yetirirdilər. Fakültənin genişlənməsi, tələbə kontingentinin artması çox keçmədi ki, yeni musiqi və onun tədrisi metodikası, habelə təsviri incəsənət və onun tədrisi metodikası kafedralarının təşkil edilməsinə zəmin yaratdı. Həmin kafedraların əməkdaşları yalnız tədris prosesinin deyil, həm də auditoriyadankənar məşğələlərin müntəzəm və sistemli keçilməsinə nail oldular. Fakültənin nəzdində  xor, xalq çalğı alətləri, mahnı və rəqs ansamblı, təsviri incəsənət studiyası fəaliyyət göstərirdi.  Respublikada tələbələrin bədii özfəaliyyət yaradıcılığına keçirilən baxışlarda, festivallarda fakültə tələbələri uğurla çıxış edir, mükafata layiq yer tutur, Fəxri fərman və diplomlarla təltif olunurdular.

Fakültədə xalqımızın görkəmli şair, yazıçı və bəstəkarları ilə müntəzəm görüşlər keçirilirdi.  O dövrdə  xalq artistləri Süleyman Ələsgərov, Əşrəf Abbasov, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Cahangir Cahangirov, görkəmli yazıçılar  Abdulla Şaiq, Süleyman Rəhimov, Sabit Rəhman, Mehdi Hüseyn, Əli Vəliyev, Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Rəsul Rza, Osman Sarıvəlli, Ələviyyə Babayeva, Mirzə İbrahimov, rəssamlar Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Nəcəfqulu və digər  ədəbiyyat və  incəsənət xadimləri dəfələrlə tələbələrin qonağı olmuşlar.

1981-ci ildə pedaqoji fakültənin nəzdində musiqi şöbəsi təşkil edildi. Bundan sonra mütəmadi olaraq musiqi şöbəsində respublika səviyyəsində konfranslar keçirildi. Bakı Musiqi Akademiyasının, M.Ə.Əliyev adına Mədəniyyət və İncəsənət Universitetinin, musiqi kollecinin, xoreoqrafiya məktəbinin müəllim və tələbələri ilə sıx əməkdaşlıq yaranmışdır. Tələbələrin musiqi zövqünün, estetik tərbiyəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə görkəmli incəsənət xadimləri, bəstəkar və ifaçılarla görüşlər keçirildi. Klassik bəstəkarların yubileyinə həsr olunmuş konsert gecələri təşkil olundu.

1998-ci ildə əyani və qiyabi şöbələr yenidən birləşdirildi və dekan vəzifəsinə professor Zahid Xəlilov seçildi. Ondan əvvəl qısa bir müddətdə fakültənin dekanı vəzifəsini dosent Heydər Hüseynov icra etmişdir.

Professor Z.Xəlilovun seçki müddəti bitdiyinə görə 2005-2006-cı illərdə fakültəyə dosent Zabit Məmmədov rəhbərlik etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun universitetimizə rektor təyin edilməsi pedaqoji fakültənin də həyatında yeni canlanma yaratdı. 2007-ci ilin may ayında fakültəyə dekan seçkisi keçirildi. Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov (dekan müavinləri, dosent Afət Həsənova və dosent Zabit Məmmədov) dekan vəzifəsinə seçildi.

2007-ci ilin yay imtahan sessiyasında, universitetin bütün fakültələrində olduğu kimi, pedaqoji fakültədə də tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi  mexanizminə keçildi. Semestr və dövlət imtahanlarının təşkili tələbələrin bilik yarışına çevrildi. Tələbələrlə universitet rəhbərliyinin görüşləri keçirildi, imtahanların gedişi ilə bağlı onlara ətraflı məlumat verildi. Belə yanaşmaların nəticələri kifayət qədər sevindirici oldu. Yekun Dövlət Attestasiyası zamanı fakültənin bütün tələbələri müvəffəq qiymət alaraq, universitetin məzunlarına çevrildilər. Dövlət imtahanlarının hazırlıq mərhələsinin yüksək səviyyədə keçirilməsi magistraturaya qəbul zamanı öz bəhrəsini verdi. Magistratura pilləsində təhsil almaq üçün TQDK-ya sənəd verən məzunlarımız əvvəlki illərlə  müqayisəedilməz dərəcədə yüksək nəticələr göstərdilər.

Yubiley ilində fakültənin məzunları haqqında yazmaq  çox xoşdur, onların adlarını çəkəndə bizdə iftixar və fərəh hissi oyanır.  Fakültənin məzunları sırasında professorlardan (Xəlil Fətəliyev, Vidadi Xəlilov, Osman Əfəndiyev, Ərəstun Baxşəliyev, Ağahüseyn Həsənov, Kərim Kərimov, Fərrux Rüstəmov, Rüfət Hüseynzadə, Mircəfər Həsənov, İramin İsayev),  dosentlərdən (Məcid İsmixanov, Sabir Orucov,  Miri Həsənov, Edison Quliyev, Ziyəddin Orucov, Məmmədhənifə Musayev, Zemfira Vəliyeva, Raya Mursaqulova, Zərifə Zeynalova,  Müzəffər İsayev, Yaqut Rzayeva, Allahyar İmanov, Oqtay Abbasov, Şikar Hüseynov, Altay Zeynalov, Aygün Əhmədova, Laçın Həsənova, Nailə Mirməmmədli, Nabat Cəfərova, Nurəli Çələbiyev, Tofiq Hüseynov, Tahir Kərimov, İntiqam Xəlilov və b.), habelə Ağdaş Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyevanın, yazıçı-dramaturq Xeyrəddin Qocanın, tanınmış şairlər Ramiz Məmmədzadə, Ağacəfər Həsənli, Vaqif Hümbətov, Ağacəfər Şəkərli, Rüstəm Bağır, Təyyar Rza, Xürrəm Qafanlı, polis polkovnikləri Arif Bağırov, Elman Qasımov və başqalarının adlarını görmək fərəh doğurur. Onlar bu möhtəşəm elm-təhsil ocağına başucalığı gətiriblər.

Pedaqoji fakültədə təhsilin yeni texnologiyalar əsasında təşkilində diqqətəlayiq uğurlar qazanılmışdır. 2009-cu ildən ibtidai sinif müəllimi ixtisasında "Təhsilin əsasları" fənni tədris olunur. Bu məqsədlə fakültənin nəzdində "Təhsilin əsasları" adlı ixtisaslaşdırılmış auditoriya yaradılmış, pedaqoji təhsilin problemlərini araşdıran "Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyası təşkil edilmişdir.

Son illərdə fakültədə elmi-kütləvi tədbirlərin keçirilməsi ənənə halını almışdır. Ulu öndər Heydər Əliyevin 85 illik yubiley tədbirləri daha əlamətdar olmuşdur. Bu məqsədlə tələbə elmi konfransı keçirilmişdir. İki gün davam edən elmi konfransda 115 nəfər tələbənin məruzəsi dinlənilmişdir. Ən yaxşı məruzələr toplu halında nəşr olunmuşdur. Tələbələrimizdən 30 nəfəri müxtəlif dərəcəli diplomlara, o cümlədən 15 nəfəri birinci dərəcəli diploma layiq görülmüşdür. Konfrans Azərbaycan gəncliyınin Heydər Əliyev haqqında biliklərinin daha da zənginləşdirilməsinə, Heydər Əliyev fenomeninin müxtəlif aspektlərdə öyrənilməsinə imkan yaratmışdır. Tələbələr Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycanda təhsilin, mədəniyyət və mənəviyyatın inkişafında baş verən köklü dəyişikliklər barədə ətraflı məlumat ala bildilər. Bu tədbir əslində konfrans yox, Heydər Əliyev dərsi oldu. Belə konfranslar tələbələrdə tədqiqatçılıq vərdişlərinin yaranmasına, elmi yaradıcılığa meyillərinin artmasına qüvvətli təsir göstərir.

Son aylarda fakültə tələbələrinin tanınmış pedaqoq-alim, Rusiya Təhsil Akademiyasının akademiki, pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovla, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, psixologiya elmləri doktoru, professor Ramiz Əliyevlə, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevlə, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor Vidadi Xəlilovla, "Etiraf" verilişinin aparıcısı, psixologiya elmləri namizədi  İlham Mirzəyevlə görüşləri yaddaşlara   həkk   olunacaq tədbirlərdən sayılır.

Əməkdar elm xadimi, professor Mərdan Muradxanovun, dosent İsfəndiyar Vəlixanlının anadan olmalarının 100 illiyinə həsr olunmuş yubiley tədbirləri həm fakültə, həm də universitet əməkdaşlarının yaddaşında dərin iz buraxmışdır.

Fakültənin əməkdaşları universitetin elmi-pedaqoji və ictimai həyatında yaxından iştirak edir, müxtəlif vəzifələr daşıyırlar. Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının dosenti Namiq Hacıyev tədris-metodika şöbəsinin müdiri, musiqi fənləri və onun tədrisi metodikası kafedrasının dosenti Laçın Həsənova universitetin elmi katibi vəzifələrində  çalışırlar. Professorlar Fərrux Rüstəmov, Seyidağa Həmidov, Jalə Qədımova, Minarə Dadaşova, dosentlər Laçın Həsənova, Namiq Hacıyev, Zabit Məmmədov, Ramidə  Məmmədova  universitetin  böyük  eimi şurasının üzvləridir.

Rektorun müvafiq əmri ilə fakültə elmi şurası təşkil edilmişdir. Bu şura fakültənin elm və tədris fəaliyyətinə istiqamət verən orqandır. Elmi şuranın tərkibinə dekan (professor F.Rüstəmov), dekan müavinləri (dosent A.Həsənova, dosent Z.Məmmədov), kafedra müdirləri (professorlar S.Həmidov, M.Dadaşova, J.Qədimova, dosent R.Məmmədova), fakültənin nüfuzlu müəllimləri (professorlar S.Quliyev, Z.Abdullayeva, E.Abaszadə, dosentlər B.Cəbrayılov, L.Həsənova, B.Nəsirov, H.Məmmədov, Q.Balaşov, T.Hüseynova), elmi katib (dosent Y.Rzayeva), tələbə gənclər təşkilatının sədri (T.Vəlizadə), tələbə həmkarlar təşkilatının sədri (S.Sultanova) daxildirlər. Elmi şura öz fəaliyyətini tədris ilinin əvvəlində təsdiq olunan perspektiv plan əsasında qurur, tədris ilində fakültənin elmi-pedaqoji fəaliyyətini təhlil etmək, yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirmək kimi mühüm vəzifəni həyata keçirir. Elmi şuranın iclaslarında rektorluğun qərar və sərəncamları müzakirə edilərək baxılır, onlardan irəli gələn vəzifələr müəyyənləşdirilir, təlim-tərbiyə işlərinin nəticələri,  pedaqoji təcrübənin təşkili, semestr və yekun Dövlət Attestasiyasının nəticələri müzakirə olunur. Elmi-tədqiqat və elmi-metodik işlərin planlaşdırılması, dərslik və  dərs vəsaitlərinin, proqramların çapa tövsiyə edilməsi ilə bağlı qərarlar qəbul edilir. Fakültədə pedaqoji kadr hazırlığında mühüm yer tutan pedaqoji təcrübənin səmərəli keçirilməsi həmişə diqqət mərkəzində saxlanılır. Təcrübə müddətində tələbələrin aldıqları biliklər nəinki dərinləşir, möhkəmlənir, həmçinin onlar yeni bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Kadr hazırlığı aparılan bütün ixtisaslar üzrə tədris planlarına uyğun olaraq təcrübələr keçirilir. Pedaqoji təcrübənin Bakı şəhərinin maddi-texniki və elmi-pedaqoji təminatı ilə tanınan, habelə müasir təlim texnologiyalarını tətbiq edən  pilot  məktəblərində təşkili və keçirilməsi təmin edilir. Tələbələrimiz Bakı  şəhərinin  qabaqcıl  lisey və məktəblərində (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Avropa liseyi və 15, 36, 45, 46, 189, 200, 211 nömrəli məktəblər) pedaqoji təcrübə keçirlər.

Professorlardan Seyidağa Həmidov, Sərdar Quliyev, Nadir Abdullayev, dosentlərdən Zabit Məmmədov, İsmayıl İsmayılov, Qulaməli Balaşov, Qabil Tahirov, Həmzə Əliyev, Bəhruz Nəsirov, Yaqut Rzayeva, Abbas Əliyev, Nazim Abbasov, Zahir Kazımov, Allahyar İmanov, Sabir Süleymanov, baş müəllimlərdən Şəlalə Nəbiyeva, Pəri Paşayeva, Sveta Hacıyeva, Ayşə Məmmədova və başqaları pedaqoji təcrübə müddətində tələbələrə müəllimlik peşəsinin sirlərini öyrədirlər. Təcrübələrin başlanğıcında və sonunda konfranslar keçirilir. Bu konfranslarda əvvəlcə görüləcək işlər, yekunda isə əldə olunan nəticələr müzakirə olunur, təcrübəyə yekun vurulur.

Təcrübələrin təşkili, gedişi və nəticələri müntəzəm olaraq fakültə elmi şurasında müzakirə olunur, daha da təkmilləşdirilməsı və keyfiyyətinin yüksəldilməsi istiqamətində əməli işlər görülür. Fakültə tələbələrinin pedaqoji təcrübələrdə nümayiş etdirdiyi nəzəri, pedaqoji və psixoloji hazırlıq səviyyələri onların mənəvi-əxlaqi keyfiyyətləri, ixtisaslarına və müəllimlik peşəsinə dərin məhəbbətlə yanaşmaları haqqında təcrübə keçdikləri məktəblərdən daim razılıq bildirən məktublar və müsbət rəylər alınır.

Fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir: 1) ibtidai təhsilin pedaqogikası (kafedra müdiri, professor F.Rüstəmov), 2) riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası (kafedra müdiri, professor S.Həmidov),  3) ibtidai siniflərdə rus dili ( kafedra müdiri, dosent R.Məmmədova), 4) musiqi fənləri və onun tədrisi metodikası (kafedra müdiri, professor J.Qədimova),  5) musiqi alətləri fənlərinin tədrisi metodikası (kafedra müdiri, professor M.Dadaşova). 

Fakültədə 1122 nəfər (onlardan 588-i qiyabi, 534-ü əyani şöbədə oxuyur) tələbənin təhsil-tərbiyəsi ilə 10 nəfər elmlər doktoru, professor, 40 nəfər elmlər namizədi, dosent və 50 nəfər müəllim məşğul olur. Fakültəmızdə 91   nəfər  magistrant  təhsil  alır. 2008-2009-cu tədris ilində fakültəni 10 nəfər fərqlənmə diplomu ilə bitirmişdir. Həmin tədris ilində tələbələrdən 40 nəfər əlaçı, 140 nəfər isə zərbəçi olmuşdur.

Fakültədə təhsil alan əlaçı və zərbəçi tələbələri birləşdirən  Əlaçılar şurası fəaliyyət göstərir.

Yarandığı vaxtdan indiyədək fakültənin  15 minə yaxın məzunu olmuşdur. Onlarca məzun "SSRİ-nin maarif əlaçısı", "Əməkdar müəllim", "Qabaqcıl maarif xadimi", "İlin müəllimi", "Təhsil əlaçısı" və b. fəxri adlara layiq görülmüş, "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Fakültənin musiqi şöbəsinin tələbəsi Ənvər Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Bununla bağlı fakültədə geniş tədbir keçirilmişdir.

Fakültənin əməkdaşları müxtəlif illərdə 300-dən artıq dərslik və dərs vəsaiti hazırlayıb çap etdirmişlər.Pedaqoji fakültə Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müvafiq fakültələri ilə sıx əməkdaşlıq edir.

2008-2009-cu tədris ilindən fakültədə təhsil kredit sistemi əsasında aparılır. Bu məqsədlə yeni tədris planı hazırlanmış və təsdiq olunmuşdur.

Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı müqəddəs yerlər fakültəmizin professor-müəllim və tələbə heyətinin ziyarətgahına çevrilmişdir. Onlar mütəmadi olaraq xalqımızın and yerinə çevrilmiş Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin uyuduğu Fəxri xiyabanı ziyarət edirlər.

Son illərdə ADPU-nun beynəlxalq əlaqələri genişlənmiş, müxtəlif ölkələrlə müəllim- tələbə mübadiləsi, birgə elmi-tədqiqatların, konfrans və simpoziumların keçirilməsinə diqqət artırılmışdır. Bu mənada Türkiyənin Hacəttəpə Universitetinin eytim fakültəsi ilə yaranan əlaqələr diqqəti daha çox cəlb edir. Hacəttəpə Universitetinin əməkdaşları universitetimizdə "Müəllim hazırlama siyasəti və problemləri" , "Təhsildə qloballaşma və İKT"  mövzularında  keçirilən  beynəlxalq elmi konfransların iştirakçıları olmuş, elmi fikir mübadiləsi aparmışlar. 2008-ci il noyabrın 24-də həmin universitetdə keçirilmiş Müəllim gününə ADPU-nun nümayəndə heyəti də dəvət olunmuşdu. 

Azərbaycan təhsilində aparılan islahatların məzmununa uyğun olaraq, müasir məktəblərimiz üçün yeni düşüncəyə, təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik müəllim kadrlarının hazırlanması işini Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin əməkdaşları bundan sonra da əzmlə davam etdirəcəklər.  

Fərrux RÜSTƏMOV,
ADPU-nun pedaqoji fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - ¹14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov