| 
								
								"Ümummilli lider Heydər Əliyevin anadan 
								olmasının 87-ci ildönümü münasibətilə təhsil 
								müəssisələrində keçiriləcək tədbirlər haqqında" 
								nazirliyin 15 fevral 2010-cu il tarixli, 187 
								nömrəli əmrinin 3-cü bəndinə uyğun olaraq  
								
								
								ƏMR EDİRƏM:  
								
								1. Respublikanın rayon və şəhərlərindən, 
								nazirlik nəzdindəki və özəl ümumtəhsil 
								müəssisələrindən toplanmış məlumatlar əsasında 
								inşa müsabiqəsinin yekun mərhələsi 
								iştirakçılarının adlı siyahısı təsdiq edilsin (1 
								nömrəli əlavə). 
								
								2. İnşa müsabiqəsinin yekun mərhələsi 20 aprel 
								2010-cu il tarixdə saat 10:00-da Akademik Zərifə 
								Əliyeva adına məktəbdə keçirilsin. 
								
								3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd 
								rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) 
								müsabiqənin yekun mərhələsinin yüksək səviyyədə 
								keçirilməsi ilə bağlı təşkilati məsələləri 
								vaxtında həll etsinlər. 
								
								4. Müsabiqə inşalarını yoxlayıb qiymətləndirən 
								və ən yaxşı inşaları toplu şəklində nəşrə 
								hazırlayan işçi qrupunun tərkibi təsdiq olunsun 
								(2 nömrəli əlavə). 
								
								5. Aparatın rəhbəri İ.Pirməmmədov, İqtisadiyyat 
								şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) 
								ən yaxşı inşaların toplu şəklində nəşr olunması 
								və qaliblərin mükafatlandırılması üçün 5 (beş) 
								gün müddətinə müvafiq təkliflər hazırlayıb 
								rəhbərliyə təqdim etsinlər. 
								
								6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində dərc 
								olunmasını təmin etsin. 
								
								7. Əmrin icrasına nəzarəti öz üzərimdə 
								saxlayıram.  
								
								
								Misir MƏRDANOV,Azərbaycan Respublikasının
 təhsil naziri
 9 aprel 2010-cu il
 |