Yaponiyanın ölkəmizdəki səfirliyindən
bildirmişlər ki, Yaponiyanın Təhsil, Mədəniyyət,
İdman, Elm və Texnologiya Nazirliyi 2011-ci ildə
bu ölkənin ali məktəblərində bakalavr,
tədqiqatçı, magistr, doktorant dərəcələri üzrə
ali təhsil almaq istəyən azərbaycanlılar üçün
təqaüd ayıracaqdır.
Təhsil humanitar, ictimai, texniki və təbiət
elmləri sahələrini əhatə edəcəkdir. Təqaüdün,
dərəcələrə uyğun olaraq, 1,5-5 il müddətində
verilməsi nəzərdə tutulmuşdur. Təhsil almaq
istəyənlər üçün yapon dilini öyrənmək əsas
şərtlərdən biridir.
Ərizələr 2010-cu il iyunun 11-dək Yaponiya
səfirliyində qəbul ediləcəkdir.
Ətraflı məlumatı səfirliyin mədəniyyət və
informasiya şöbəsindən, www.az.embjapan.go.jp
ünvanlı saytdan əldə etmək mümkündür.
|