"İrs"
Mədəni - Maarif Mərkəzinin rəhbəri, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin ibtidai siniflər üzrə
metodisti, uşaq yazıçısı Solmaz Amanovaya Avropa
Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki
adı verilib.
Soydaşımız bu ada tibb, təhsil, tarix, irs,
incəsənət sahəsində yazdığı kitablara görə layiq
görülüb. O, bir çox nağılların müəllifidir. Bu
nağıllarda milli folklorumuzun personajlarına,
tarixi qəhrəmanlara, Azərbaycan mədəniyyətinin
böyük simalarına rast gəlmək olar.
Onun şeirləri, nağılları, pyesləri informasiya
ilə çox zəngindir. Bu əsərlər uşaqlara
Vətənimizin tarixindən, mədəniyyətindən söhbət
açır.
S.Amanova "Anatomiya teatrı", "Dünyanın bütün
mahnıları mənim qəlbimdədir", "Qız və qızılgül",
"Rəsmdə və poeziyada anatomiya", "İnsan iz
qoyur", "Turac" və digər kitabların müəllifidir.
Fərəhləndirici haldır ki, onun "İrs",
"Naslediye" və "Anatomiya teatrı" kitabları ötən
ilin sentyabrında Moskvada keçirilmiş "Kitab
sənəti" sərgi-müsabiqəsində ikinci və üçüncü
yerləri tutub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
əmri ilə Solmaz Amanovanın hazırladığı "İrs"
və "İnsan iz qoyur" kitabları ümumtəhsil
məktəblərinin ibtidai sinifləri üçün əlavə
vəsait kimi təsdiq edilib.
S.Amanovaya bu səmərəli işlərində yeni-yeni
yaradıcılıq uğurları, daha uca zirvələr fəth
etmək arzulayır, onu Avropa Təbiət Elmləri
Akademiyasının akademiki adı alması münasibəti
ilə təbrik edirik.
ƏDALƏT |