| 
								
								Aprelin 10-da Qafqaz  Universitetində Dünya 
								Telekommunikasiya və İnformasiya Cəmiyyəti 
								Gününə həsr olunmuş "Ali məktəb tələbələri 
								arasında informatika üzrə ümumrespublika 
								olimpiadası"nın birinci mərhələsinə start 
								verildi. 
								
								Olimpiada Heydər Əliyev Fondu, Rabitə və 
								İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil 
								Nazirliyi və AMEA-nın İnformasiya 
								Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 
								keçirildi. Birinci mərhələdə 10 ali təhsil 
								müəssisəsindən 42 komanda iştirak edirdi. Qafqaz  
								Universitetinin 8, Moskva Dövlət Universitetinin 
								Bakı Filialının 5, Bakı Dövlət Universitetinin 
								4, Azərbaycan Dövlət Neft Akademiyası, 
								Azərbaycan Texniki Universiteti və Naxçıvan 
								Dövlət Universitetinin hər birindən  bir komanda 
								final mərhələsinə vəsiqə qazandı. 
								
								Final mərhələsi mayın 8-də AMEA-nın İnformasiya 
								Texnologiyaları İnstitutunda keçiriləcək.  
								
								
								Niyazi RƏHİMOV |