Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet)
rəhbəri Səməd Abbasovun bildirdiyinə görə,
"Elektron məktəb" layihəsi çərçivəsində
məktəblərə kommunikasiyaları daha effektli
şəkildə qurmağa imkan verən videozəng
funksiyası tətbiq olunur.
Bu layihə "Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)" çərçivəsində
Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində
reallaşdırılır. Sözügedən layihə çərçivəsində
AzEduNet ən qabaqcıl CİSCO texnologiyalarını
tətbiq edir. Məktəblər şəbəkəyə fiberoptik kabel
ilə qoşulur. Məktəblərdə CİSCO avadanlığı və
videozəngli İP - telefoniya sistemi
quraşdırılır. AzEduNet bu il tədris prosesində
keyfiyyətli videonun (SD/HD/ FullHD) geniş
şəkildə istifadəsi üçün şərait yaradacaq
videotexnologiyaların pilot tətbiqini
planlaşdırır. AzEduNet şəbəkəsi vasitəsilə
çoxnöqtəli videokonfransların, interaktiv
videokommunikasiyaların və s. keçirilməsi
mümkün olacaq.
S.SƏFƏROVA |