| 
								
								AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan 
								Argentinanın xarici işlər, beynəlxalq ticarət və 
								din məsələləri üzrə nazir müavini Alberto Pedro 
								DTAlotto noyabrın 25-də Azərbaycan Diplomatik 
								Akademiyasının (ADA) rektoru Hafiz Paşayev ilə 
								görüşmüşdür.    
								
								 Görüşdə 
								H.Paşayev demişdir ki, Argentina elm, 
								informasiya texnologiyaları və kənd təsərrüfatı 
								sahələrində ciddi nailiyyətlərə imza atmışdır. 
								Eyni zamanda, Argentina Cənubi Amerikada xüsusi 
								nüfuza malikdir. Bu baxımdan burada Azərbaycan 
								haqqında ətraflı məlumatların yayılması 
								vacibdir. 
								
								A.P.DTAlotto Azərbaycanda gördüklərindən məmnun 
								olduğunu, ölkəmizin siyasi və iqtisadi cəhətdən 
								inamla inkişaf etdiyini vurğulamışdır. 
								 
								
								Sonra ADA ilə Argentinanın Diplomatik Xidmət 
								İnstitutu arasında əməkdaşlıq haqqında 
								memorandum imzalanmışdır.  
								
								Sənədə əsasən, ADA ilə Argentinanın Diplomatik 
								Xidmət İnstitutu arasında tələbə, tədqiqat və 
								elmi mübadilələr həyata keçiriləcəkdir. Həmçinin 
								Argentinanın universitetlərinin birində 
								Azərbaycan mərkəzinin, ADA-da isə Latın 
								Amerikası ilə bağlı araşdırmalar aparacaq 
								mərkəzin açılması nəzərdə tutulmuşdur. Qərara 
								alınmışdır ki, ADA-da təhsil alan argentinalı 
								tələbələrə təqaüd verilsin.  |