1. "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası
haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
2. Təhsil Nazirliyinin "Ümumtəhsil məktəbinin
pedaqoji şurası haqqında Əsasnamənin təsdiq
edilməsi haqqında" 20 aprel 1994-cü il tarixli,
244 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
4. Ümumi şöbə (A.Nəbiyev) əmrin əlavəsi ilə
birlikdə çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
19 noyabr 2010-cu il |