Azərbaycan Milli Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan
Müəllimlər İnstitutunun Mingəçevir filialının
birgə təşkilatçılığı ilə "Nəzəriyyədən
praktikaya dövrün tələbidir" adlı elmi-praktik
konfrans keçirildi.
Konfransı
giriş sözü ilə filialın direktoru, professor
Orucəli Rzayev açaraq, ulu öndər Heydər Əliyevin
13 iyun 2000-ci il tarixli fərmanı ilə
yaradılmış AMİ-nin Mingəçevir filialı və onun
son illərdəki uğurları haqqında məlumat verdi.
Bildirildi ki, regionun qabaqcıl ali təhsil
müəssisələrindən sayılan Mingəçevir filialında
bu gün riyaziyyat və informatika, riyaziyyat və
fizika, ibtidai sinif müəllimliyi, İngilis dili,
Azərbaycan dili və ədəbiyyat ixtisasları üzrə
600-dən artıq tələbə təhsil alır.
Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini İlham İsmayılov,
AMEA-nın Fizika-Riyaziyyat və Texnika elmləri
bölməsinin akademik katibi, Riyaziyyat və
Mexanika İnstitutunun direktoru, akademik Akif
Hacıyev, AMEA-nın Radiasiya Problemləri
İnstitutunun direktoru Adil Qəribov,
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasının direktoru Əyyub Quliyev və
başqaları çıxış etdilər.
Konfrans öz işini bölmələrdə davam etdirdi.
Bölmələrdə ümumilikdə 17 məruzə dinlənildi.
Sonra bölmə rəhbərləri öz hesabatlarını təqdim
edərək müzakirə olunan məsələlərin
səmərəliliyini daha da artırmaq üçün rəy və
təkliflərini bildirib, bu kimi konfransların
mütəmadi keçirilməsinin məqsədəmüvafiq olduğunu
qeyd etdilər.
Sonda konfrans iştirakçıları AMİ-nin Mingəçevir
filialının kompüter mərkəzi, laboratoriya və
kabinetləri ilə tanış olub, xatirə şəkilləri
çəkdirdilər.
R.ZİYADOV |