ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin
nümayəndələri Lənkəran Dövlət Universitetində
olmuşlar. Tələbələrlə keçirilən görüşü
universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov açaraq qonaqlara ali məktəbin
fəaliyyəti barədə məlumat vermişdir.
Monterey şəhər merinin müavini Cefri Haferman
ABŞ-ın təhsil sistemindən, təmsil etdikləri
şəhərin elm, təhsil müəssisələrindən söhbət
açmış, tələbələri maraqlandıran suallara cavab
vermişdir. Monterey şəhər meriyasının üzvü,
xanım Nensi Selfric Lənkərana gəlişindən məmnun
qaldığını söyləmiş, minnətdarlığını
bildirmişdir.
Görüşdə qeyd edilmişdir ki, Monterey və
Lənkəran şəhərlərini dostluq və mədəni əlaqələr
birləşdirir. Qardaşlaşmış iki şəhər arasında
iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrin,
tələbə mübadiləsinin vacibliyindən danışılmış,
fikir mübadiləsi aparılmışdır.
Sonra qonaqlar universitetdə fəaliyyət göstərən
Heydər Əliyev muzeyinə baxmış, xatirə kitabına
ürək sözlərini yazmışlar.
Hacı Etibar ƏHƏDOV |