Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

3 Dekabr 2010 - ¹ 47

 

Monitorinq və qiymətləndirmə

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə

Bookmark and Share

Artıq ikinci ildir ki, respublikanın ümumtəhsil müəssisələrinin  buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Məlumdur ki,  keçirilən hər bir qiymətləndirmə toplanmış məlumat  kimi  monitorinqin obyektinə çevrilir. İki dərs ili ərzində keçirilən  eyni məqsədli qiymətləndirmə monitorinqin   bütün istiqamətlərini əhatə edə bilməsə də,  təhlilə, müşahidəyə  imkan verir. Təbiidir ki, bu cür  monitorinq  hələ ki, inzibati müşahidə kimi  təsviri və qismən də analitik xarakterli olub  monitorinqin vacib üç mərhələsindən yalnız ikisini-məlumatların toplanması və təhlili prosesini ehtiva edir.

2009-2010-cu dərs ilində ilk dəfə olaraq ümumtəhsil  məktəblərinin IX siniflərinin də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilib. Bu imtahanlarda  IX siniflərdə təhsil alan  133772 şagirdin 128140 nəfəri, yəni 95,79%-i iştirak etmişdir. Bunlardan 113395 nəfəri, yəni 84,77%-i imtahanlardan müsbət qiymət almışdır. IX siniflərdə keçirilmiş buraxılış imtahanları  birillik təcrübəyə malik olduğundan nəticələrin  müqayisəli təhlili məqsədəuyğun deyil.

XI siniflər üzrə 91968 şagirdin  88852 nəfəri, yəni 96,61%-i imtahanda iştirak etmişdir. Bunlardan 74933-ü, yəni 84,33%-i müsbət qiymət almışdır.

XI sinfin buraxılış imtahanlarının nəticələrinə görə  respublikanın 451 məktəbinin, yəni məktəblərin ümumi sayının 14,65%-nin şagirdləri 100%,  587 məktəbinin, yəni 19,07%-nin şagirdləri  90-100% arasında müvəffəqiyyət qazanmışlar. Bu təhlilin ardını aşağıdakı cədvəldə görmək olar:

 
Məktəblərin sayı Məktəblərin ümumi sayına görə faizi Müvəffəqiyyət faizi
671 21,80 (80-90)
496 16,11 (70-80)
366 11,89 (60-70)
271 8,80 (50-60)
101 3,28 (40-50)
71 2,31 (30-40)
42 1,36 (20-30)
12 0,39 (10-20)
10 0,32 (0-10)
 

Müqayisə üçün 2008-2009-cu dərs  ilinin  nəticələrinə diqqət yetirək:

 
2008-2009-cu dərs ilinin yekunları
s/s Məktəblərin sayı Məktəblərin ümumi sayına görə faizi Müvəffəqiyyət faizi
1 308 10,06 100%
2 504 16,46 (90-100)
3 601 19,63 (80-90)
4 491 16,04 (70-80)
5 465 15,19 (60-70)
6 337 11,01 (50-60)
7 179 5,85 (40-50)
8 103 3,36 (30-40)
9 52 1,70 (20-30)
10 16 0,52 (10-20)
11 6 0,20 (0-10)
 

Buraxılış imtahanlarında yüksək  nəticə göstərən   məktəblər, nazirliyin  tabeliyində olan liseylər, özəl  və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblər, eyni zamanda  Sumqayıt, Bakının Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail  rayonlarının və  Mingəçevir şəhərinin məktəbləridir.

Astara, Gədəbəy,Yardımlı, Masallı və  Cəlilabad rayonlarının ümumtəhsil məktəbləri  buraxılış imtahanlarında aşağı nəticələr göstərmişdir. Eyni zamanda qeyd edək ki, həmin rayonların nəticələri keçən illərlə müqayisədə 7 faiz artmışdır.

Təəssüfləndirici haldır ki, Kəlbəcər rayonunun 70 nömrəli ümumtəhsil məktəbi, Şamaxı rayonunun  Keçmədin  və Nüydü kənd, Gədəbəy rayonunun Günəşli kənd, Göygöl rayonunun  Dozular kənd S.Bayramov adına, Zəngilan rayonunun 31 nömrəli, Yardımlı rayonu Qaraqaya kənd,  Masallı rayonu Rudəkənar kənd A.Qurbanov adına ümumtəhsil məktəbləri "0" faiz nəticə göstərmişdir.

Qeyd edək ki, Kəlbəcər rayonunun 70 nömrəli ümumtəhsil məktəbi istisna olmaqla adıçəkilən məktəblərin müvəffəqiyyət göstəricisi   keçən dərs ilinin nəticələri ilə müqayisədə aşağı düşmüşdür.

Buraxılış  imtahanlarının nəticələrinə görə müvəffəqiyyət göstərməyən  məktəblərin fəaliyyətinin müvafiq təşkilatların  nəzarətində olacağı təqdirdə həmin ümumtəhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsinə nail olmaq mümkündür.

Qeyd edək ki, keçən dərs ilində də çox aşağı nəticələr göstərən ümumtəhsil məktəblərinin fəaliyyəti və vəziyyəti təhlil edilərkən aydın olmuşdu ki,  onların   maddi-texniki bazası heç də  yaxşı nəticə göstərmiş  məktəblərdən pis  səviyyədə deyil və müəllimlərin  pedaqoji göstəriciləri də qənaətbəxşdir. Deməli, səbəbi məktəbin maddi-texniki durumunda  deyil, onun fəaliyyətində axtarmaq lazımdır. Əməli nəticə əldə etmək  üçün   araşdırmaları bu il daha geniş şəkildə aparmaq  nəzərdə tutulub və bu  məqsədlə ilk addım kimi rayon təhsil şöbələrinə məktəblərin maddi-texniki bazası, rəhbərliyi, siniflərin sayı, siniflərdəki şagirdlərin sayı, müəllim heyəti (onların hazırlıq səviyyəsi, bitirdiyi ali məktəb, son illər ərzində keçdiyi təkmilləşdirmə kursları və s.) haqqında məlumatların hazırlanması barədə göstəriş verilib. Eyni zamanda həmin məktəblərdə nümunəvi "açıq dərs"lərin nümayiş etdirilməsi, təlimlərin keçirilməsi, fənn müəllimlərinin ixtisasartırma kurslarna cəlb olunması  planlaşdırılır.

2009-2010-cu dərs ilinin buraxılış imtahanlarının nəticələrinin nazirliyin tabeliyində olan ümumtəhsil məktəbləri əsasında aparılan təhlili  göstərir ki, ayrı-ayrı fənlərin mənimsənilməsi üzrə nəticələr də müxtəlifdir.

Xüsusi təmayüllü məktəblərin  nəticələri  də ayrı-ayrı fənlər üzrə kəmiyyət və keyfiyyət təhlilinə cəlb edilib. S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın xarici dil, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin fizika və  riyaziyyat, Kimya-biologiya təmayüllü liseyin kimya və biologiya fənləri üzrə təhlillərin nəticələri göstərir ki, xüsusi tədris edilən fənlərə diqqət daha da artırılmalıdır.

Mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsində  dörd-beş illik təcrübəyə malik olan rayonların fənlər üzrə göstəriciləri respublikanın orta göstəriciləri ilə müqayisədə aşağıdakı kimi olmuşdur:

Monitorinqin müxtəlif istiqamətlər və fənlər üzrə  təhlillərə əsaslanan nəticələri   qəzetin "Monitorinq və qiymətləndirmə " rubrikasında  təqdim ediləcək. 

Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri, filologiya elmləri doktoru 

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

3 Dekabr 2010 - ¹ 47

 "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə
 
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
 
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
 
Biləsuvar rayonunun İsmətli kəndində yeni məktəb binası istifadəyə verildi 
 
"Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə magistratura proqramı"
 
"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"in təqdimatı olub
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi
 
Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib
 
Beynəlxalq konfrans başa çatdı
 
Dövlət İdarəçilik Akademiyasında türkiyəli qonaqların iştirakı ilə "dəyirmi masa" keçirilib
 
BDU-da elmi əməkdaşlıq məsələləri müzakirə olunub
 
Rusiyalı alim Bakı Slavyan Universitetində mühazirə oxuyub
 
2010-cu ilin sonuna qədər Azərbaycanın orta məktəblərinin 22 faizi İnternetə qoşulacaq
 
Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında  memorandum imzalanıb
 
Dünya Azərbaycanlı Gənclər Konqresi "Xocalıya ədalət" kampaniyasına qoşulub
 
Yeni məktəblərimiz
 
Bakı Dövlət Universitetinin rektoru İranın yeni səfirini qəbul edib
 
Kimsəsiz yeniyetmələr üçün "Avropa gecəsi" adlı mədəni tədbir keçirilib
 
Rusiya Federasiyasında təhsil məsələləri
 
ADU-da almaniyalı professorla görüş
 
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
İnformasiya Texnologiyaları İnstitutunda rusiyalı  mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri müzakirə olundu
 
Fəal müəllimlər üçün "Həmkara dəstək" proqramı
 
Gəncədə məktəblilərin fənn olimpiadası keçiriləcək
 
"Nəzəriyyədən praktikaya dövrün tələbidir" mövzusunda elmi-praktik konfrans
 
"Elektron məktəb" layihəsi çərçivəsində videozəng funksiyası tətbiq olunur
 
Azərbaycan müəllimi innovativ müəllimlərin dünya müsabiqəsində iştirak edib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Buta" Yeni il şənliklərinə hazırlaşır
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyi gimnaziyada qeyd olundu
 
Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilir
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Münhen Texniki Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov