Noyabrın 24-25-də Rusiya Xalqlar Dostluğu
Universitetinin Çin üzrə strateji araşdırmalar
mərkəzinin direktoru, tarix elmləri doktoru,
professor Aleksey Maslov Bakı Slavyan
Universitetində tələbələrlə görüşmüşdür.
AzərTAc xəbər verir ki, şərqşünaslıq sahəsində
böyük xidmətləri olan A.Maslov "Dünya
sivilizasiyasında Çin faktoru, Qərbdə
şərqşünaslığın yeni cərəyanları" mövzusunda
mühazirə oxumuş, tələbə və magistrantları
maraqlandıran çoxsaylı sualları
cavablandırmışdır.
A.Maslov universitetdə fəaliyyət göstərən muzey,
tədris-mədəniyyət mərkəzləri və kitabxana ilə
tanış olmuşdur. |