Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin "Qəza
vəziyyətində olan ümumtəhsil məktəb binalarının
yenidən qurulması işinin davam etdirilməsi
barədə" 23 iyun 2009-cu il tarixli Sərəncamına
əsasən Prezidentin ehtiyat fondundan ayrılan
vəsait hesabına Ağstafa rayonu Qıraq Kəsəmən
kəndində orta məktəb üçün yeni bina tikilmiş, 15
sentyabr 2010-cu ildə müəllim və şagirdlərin
istifadəsinə verilmişdir.
İkimərtəbəli, 360 şagird yerlik məktəb binasının
həyətində qazanxana, su anbarı tikilmiş,
transformator quraşdırılmış, istilik xətləri
çəkilmişdir. Hazırda məktəbdə fizika, kimya
laboratoriyaları, kompüter otağı fəaliyyət
göstərir. Məktəbdə günün tələblərinə cavab verən
idman zalı, müəllimlər otağı, kitabxana və bufet
var.
Müasir tələblərə cavab verən tədris korpusunun
genişliyi dərsləri bir növbədə aparmaqla,
beşgünlük iş həftəsinə keçməyə imkan vermişdir.
ƏDALƏT |